Şəmistan Əlizamanlıdan "Zeytun budağı” əməliyyatına dəstək –"Yürüyün, əsgər!”mahnısını ifa elədi -VİDEO

Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı” əməliyyatın dəstək olaraq "Yürüyün, əsgər!” adlı xüsusi mahnı ifa edib.

Qaziler.az saytı ifaçıya istinadən xəbər verir ki, mahnının sözləri ölməz Azərbaycan şairi Əhməd Cavadın, musiqisi isə Ş.Əlizamanlının özünə məxsusdur. Orenjeman Fərahim Sadiqə məxsusdur.

Onun ifası bu gün Türkiyənin nüfuzlu "A haber” kanalında yayımlanıb.

İfaçının saytımıza verdiyi məlumata görə, Əhməd Cavad bu şeiri 1918-ci ildə Azərbaycanı xilasa gələn Qafqaz İslam ordusunun şərəfinə yazıb.

Bir müddət əvvəl isə Ş.Əlizamanlının ifa etdiyi "Tanrı Türkə yar olsun!” mahnısı Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın reklam çarxında istifadə edilərək qardaş ölkənin televiziya kanallarında, internet resurslarında geniş yayımlandı. Bu mahnının sözləri isə şair Nizami Saraclıya aiddir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı "Zeytun budağı” adlı əməliyyata başlayıb. Və Türkiyə Silahlı Qüvvələri terrorçulara böyük zərbələr vurmaqdadır.

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300