Türkiyə Kərkükdə soydaşımız Ali Almasın qətlə yetirilməsini qınadı
Uluyol.az hurriyyet.org-a istinadən xəbər verir ki, Türkyənin Xarici İşlər Nazirliyi Kərkük universitetində çalışan türkmən soydaşımız Ali Almasın həyatını itirməsinə səbəb olan silahlı hücumu pisləyib.
Nazirliyin yaydığı yazılı açıqlamada deyilir:"Mərhuma Allahdan rəhmət, yaxınlarına və iraqlı türkmən soydaşlarımıza dərin hüznlə başsağlığı veririk. Son dövrdə Kərkükdə türkmən soydaşlarımıza qarşı hücumların artmasını narahatlıqla müşahidə edir və bu mənfur hücumları şiddətlə qınayırıq. Bu hücumları təşkil etdirən və həyata keçirənlənlərin ən tez bir zamanda ədalət məhkəməsinin qarşısına çıxarılmasını gözləyirik”.