"Los Angeles Times” qəzetinin sahibi dəyişir

 

ABŞ-da müntəzəm çap olunan nəşrlər arasında yer alan "Los Angeles Times” qəzeti sahibini dəyişir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sövdələşmə barədə danışıqlar sona çatmaq üzrədir və yaxın zamanlarda elan oluna bilər. Sövdələşmənin ilkin şərtlərinə görə, amerikalı sahibkar Patrik Xuan Sinsyan İllinoys ştatının Çikaqo şəhərində yerləşən "Tronc Inc” kompaniyasından "Los Angeles Times” qəzetini, həmçinin Kaliforniyanın populyar "The San Diego Union-Tribune” nəşrini 500 milyon dollara alacaq.

Profil assosiasiyalarının məlumatına əsasən, "Los Angeles Times” qəzetinin tirajı son bir neçə ildə 450 mindən 650 min nüsxəyə qədər dəyişib. Marketinq tədqiqatları ilə məşğul olan "comScore” analitik kompaniyası qəzeti 31,6 milyon insanın oxuduğunu bildirib.

1881-ci ildə təsis olunan qəzet son illər ciddi maliyyə çətinlikləri ilə üzləşib. 1990-cı illərdə burada işləyən jurnalistlərin sayı 1,3 min nəfərə çatırdı. Hazırda onların sayı təxminən üç dəfə azalıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300