Türkiyənin mafiya liderindən Qarabağ qazisinə jest-VİDEO

 

Türkiyənin tanınmış mafiya liderlərindən olan Sedat Peker Qarabağ qazisi Kamil Musavinin türk əsgərləri ilə bağlı yaydığı videomüraciətə dəstək mesajı verib.

 


Dərin dövlətin adamı hesab edilən Sedat Peker Qarabağ qazisinin dəstək videosunu Facebook səhifəsində paylaşıb:

"Vallahi, yalnız deyilik, billahi, yalnız deyilik. Dünyanın hər yerində ürəyi bizimlə döyünən qardaşlarımız var. Bir ümiddir yaşamaq”, – deyə mesajda qeyd edilir.




Xatırladaq ki, 2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı, baş leytenant Kamil Musəvi Afrin əməliyyatlarında PKK terrorçularına qarşı döyüş aparan türkiyəli əsgərlərə dəstək olmaq məqsədilə video hazırlayıb.

Türkiyə mediasında yayılmış videoda qazi Qarabağ uğrunda döyüşdüyü kimi, Türkiyə üçün də canını verməyə hazır olduğunu bildirib:

"Türk qardaşlarım Afrində haqq döyüşü aparır. İnsanları kütləvi şəkildə məhv edən terrorçuların kökünü kəsirlər. Bir Azərbaycan qazisi, bir türk oğlu olaraq türk qardaşlarıma səslənirəm: Ayağımı və gözümü öz doğma torpaqlarım olan Qarabağda fəda etdiyim kimi, canımın qalan hissəsini də ikinci dövlətim olan Türkiyə uğrunda fəda etməyə hazıram. Allah sizləri qorusun, güc qüvvət versin”. (avropa.info)

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300