elihaciDünya Azərbaycanlıları Konqresi Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə deputatlığa namizəd Əli Hacı Ağaevliyə səs verməyə çağırıb.

Müraciətdə deyilir: "Milli Məclisə seçkilərin Azərbaycanın ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik olduğunu və ən layiqli namizədlərin seçilməsinin vacibliyi hər kəsə bəllidir. Belə layiqli namizədlərdən biri də 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd "Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar”İnistitutunun direktoru, DAK Məşvərət Məclisi sədrinin birinci müavini, Sülh səfiri, şair Əli Hacı Ağaevlidir. Bütün şüurlu həyatı boyu Azərbaycan xalqının azadlığı və firavanlığı üçün qələmini süngüyə çevirən Əli Hacı bu gün DAK-dakı fəaliyyəti ilə milli diasporamızın gücləndirilməsi üçün çalışır. Əli Hacı Azərbaycan Ədəbiyyatı və İctimayetində sufi şair kimi tanınır. "Ruhumuzun nəğmələri” (1996),”Ruhumuz çəkər göyə” (1997 Ankara,Türkiyə), "Qoyun qisas alan gəlsin”(1998), "Buda mənəm ilahi !”(2005), "Dünyadan qadın iysi gəlir” (2007 Təbriz) şerlər kitabının, "Avesta və müasir dünya adlı elmi-fəlsəfi” əsərin müəllifidir.

2008-ci ildən Azərbaycan türklərinin ən böyük diaspor təşkilatı olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) üzvüdür. Konqresdə müxtəlif mühüm vəzifələrdə təmsil olunmuşdur. Hazırda konqresin Məşvərət Məclisi sədrinin birinci müavini və dünya sülh səfiridir. Onun Azərbaycan parlamentində təmsil olunması diaspora sahəsindəki fəaliyyətini daha da genişlənməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha fəal olmasına əsas verəcək.

Əziz seçicilər!

Dünya Azərbaycanlıları Konqresi olaraq sizə müraciət edir, Sizlərə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulamaqla öz səsinizi ən layiqli namizədinizə, bizim də dəstək olduğumuz Əli Hacı Ağaevlliyə səs  verəcəyinizə şübhə etmirik”.

   
ULUYOL.INFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300