Qaraciyərdə problem olduğunu göstərən 6 ƏLAMƏT

 

Qaraciyər bədən üçün əhəmiyyətli vəzifələri olan bir orqandır və fəaliyyəti olduqca müxtəlifdir. Bəs qaraciyərinizin vəzifələrini lazımi qaydada yerinə yetirmədiyini necə anlaya bilərsiniz? Ailem.az qaraciyərdə funksiya pozuqluğu ilə bağlı məlumatları diqqətinizə çatdırır.

 

Qaraciyər, yediyimiz qidalardan faydalı maddələri almağımızı təmin edir. Eyni zamanda zəhər və alkoqol kimi qandakı zərərli maddələri təmizləyir. Əgər qaraciyər toksinləri tullantılara çevirməsə, fəaliyyətini yerinə yetirmədiyinə dair bədənə müxtəlif xəbərdarlıq siqnalları göndərəcək. Qaraciyərinizin sağlamlığından əmin olmaq üçün aşağıda oxuyacağınız 6 əlamətə diqqət edin. Bu əlamətlərdən biri sizdə varsa, həkim müayinəsi mütləqdir.

 

Fikir dolaşıqlığı

 

Qaraciyər həddindən çox yükləndiyində qan uyğun şəkildə filtrlənməz. Bu halda toksinlər beyinə çata bilər. Şüur bulanıqlığı, qərar vermədə çətinlik kimi əlamətlər ard-arda ortaya çıxar.

 

Hipoqlisemiya(Qan şəkərinin azlığı)

 

Qaraciyər qandakı qlükoza səviyyəsini davamlı şəkildə idarə edər. Əgər qaraciyər yığılmış qlükozanı qan dövranına ötürməzsə, qandakı qlükoza səviyyəsi aşağı düşər. Nəticədə də qan şəkəri enər və özünüzü yorğun hiss etməyə başlayarsınız.

 

Hormonalpozuntu

 

Qaraciyər estrogen və testosteron kimi cinsi hormonları da tənzimləyir. Qaraciyərin fəaliyyətini itirməyə başlaması ilə libido düşüklüyü, hormonal tarazsızlıq və menstruasiya öncəsi gərginliyin artması kimi problemlər ortaya çıxar.

 

Ani duyğu dəyişikliyi

 

Qan uyğun şəkildə filtrlənmədiyində toksinlərin beyinə çatma riski artır. Beyin sağlığına mənfi təsir edən bu vəziyyətdən sonra hafizə problemləri, duyğusal dalğalanmalar da artar. Qayğı və depressiya qaraciyərin bu vəziyyətindən qaynaqlı ola bilər.

 

İmmunitet sistemində pozuntu

 

Tez-tez soyuqdəymə və digər infeksiyalara tutulmaq, C vitamini qəbul edərək yox ediləcək bir vəziyyət olmaya bilər. Qaraciyər sağlamlığı güclü bir immunitet sistemi üçün lazımdır. Yəni qaraciyəriniz nə qədər sağlamdırsa, viruslar və bakteriyalarla o qədər yaxşı mübarizə aparacaq.

 

Yuxu apnesi

 

Yuxu apnesi, yuxu əsnasında 10 saniyədən çox çəkən nəfəs dayanmasına səbəb olan bir xəstəlikdir. Yuxu apnesi yaşayanlar adətən yüksək səslə xoruldayırlar. Günümüzdə aparılan araşdırmalar qaraciyər yağlanması və yuxu apnesi arasında bir bağlantı olduğunu doğruldur.

 

Qaraciyər sağlamlığı üçün məsləhətlər:

 

Qaraciyərin yaxşı çalışması üçün əvvəlcə qidalanma vərdişlərinə diqqət etməlisiniz.

 

- Daha az fruktoza qəbul etməli

 

- Qazlı içkilərdən uzaq durmalı

 

- Daha çox yaşıl yarpaqlı tərəvəz yeməli

 

- Spirtli içkini tərgitməli, ya da minimuma endirməli

 

- Yumurta, soğan, sarımsaq kimi sülfür tərkibli qidalar qəbul olunmalıdır. Çünki onlar qaraciyəri təmizləməyə kömək edir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300