Gəncə şəhər Təhsil Şöbəsinində nə baş verir?
"2013-cı ildə ölkə başçısı tərəfindən Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası təsdiq edilib.
Burada beş başlıca strateji istiqamət müəyyən olunub ki, onlardan biri də
təhsil verənlərin peşəkarlıq səviyyəsinin artırılmasıdır, müasir təlim
metodlarından istifadə edən yeni təhsil verənlərin formalaşmasıdır.
Bu baxımdan artıq bir neçə ildir ölkə üzrə müəllimlər arasında ixtisaslarına
uyğun olaraq diaqnostiq qiymətləndirmə aparılır.
Qiymətləndirmə başa çatdıqdan sonra ölkə üzrə bütün müəllimlərin nəticələri Təhsil
Nazirliyinin əlində olur.Təhsil Nazirliyinin rəsmiləri tərəfindən keçirilən
görüşlər zamanı, həm diaqnostik qiymətləndirmənin keçirilməsi qaydalarında, həm
də nazirliyin yerli təhsil idarəetmə orqanları ilə görüşləri zamanı tövsiyə və
tapşırıqlarında hər dəfə qeyd edilir ki, bu qiymətləndirmənin nəticələri müəssisə
rəhbərlərinin əlində alət olmalıdır. Müəssisə rəhbəri dərs bölgüsünü aparan
zaman, hansısa mükafatlandırma tədbiri həyata keçirəndə bu qiymətləndirmənin nəticəsini
alət kimi istifadə etməlidir. Aşağı nəticə göstərən müəllimlərimiz daha az dərs
yükü ilə təmin olunmalıdır. Yüksək nəticə göstərən müəllimlərimiz isə buna
müvafiq olaraq yüksək dərs yükü ilə təmin edilməlidir. Bu da müəllimin həm də
sosial rifahına təsir edən amillərdən biridir. Keçid balından da aşağı nəticə
göstərən müəllimlərimiz də var. Təbii ki, onların sayı çox olmasa da
mövcuddurlar. Bu artıq elə bir kateqoriyada olan müəllimlərdir ki, təlimlərin də
onların inkişafına təsiri olmayacaq. Belə kateqoriyadan olan müəllimlərin dərs
yükünün minimuma endirilməsinin vacibdir. Ümumiyyətlə yaxşı olar ki, onlar işdən
azad olunsunlar”.
Onu da qeyd edək ki, nazirlik rəsmiləri konkret olaraq rəqəm açıqlamasalar da əldə
etdiyimiz məlumata görə, diaqnostik qiymətləndirmənin nəticəsində keçid balını
keçməyən müəllimlərin sayı minlərlədir.
Hazırda onların dərs dedikləri təhsil müəssisəsindən uzaqlaşdırılması istiqamətində
işlər aparılır. Bunu Təhsil Nazirliyinin sosial şəbəkələrdəki səhifələrindən də
görmək olar ki, zəif nəticə göstərən müəllimlər artıq özlərini müxtəlif
yollarla müdafiə etməyə cəhd göstərirlər. Məlumata görə, həmin müəllimlərin bir
qisminin heç ali təhsili də yoxdur. Onların müəllim kimi işə düzəlməsində isə
yerli təhsil idarəetmə orqanlarının və müəssisə direktorlarının əli olduğu
bildirilir. Hazırda Təhsil Nazirliyi tərəfindən həmin müəllimlərə qarşı ciddi
addımlar atılır. Məlumata görə yerlərdə direktorlar və təhsil idarələrinin rəsmiləri
bəzi şəxslərdən pul alıb, və eyni zamanda, öz yaxın qohumluq əlaqələrinə əsaslanaraq
belə saxta müəllimləri, ixtisas müəllimləri kimi auditoriyaya buraxıb, dərs
saatları verirlər.
Yazartv.az-ın araşdırması zamanı məlum oldu ki, belə neqativ hallardan
onlarcası isə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov və onun,yaxın
qohumları tərəfindən tətbiq edilməkdədir.
Ümumiyyətlə Gəncə təhsili, Zakir Hüseynovun rəhbərliyi altında belə saxtakarlıq
və riyakarlıq və belə saxta müəllimlərlə zəngindir hansı ki, Zakir Hüseynovun
himayəsi altında dövlətimizin büdcəsindən xayincəsinə illərdir yalan yerə əmək
haqqı almaqdadırlar ki, bu da dövlət büdcəsinin talanması deməkdir.
Bu gün sizlərə Zakir Hüseynovun himayəsi altında olan müəllimələrdən biri
olan, Qurbanova Luiza Valeh qızı haqqında yazı təqdim etmək niyyətindəyik.
Qurbanova Luiza Valeh qızı Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi 79 ünvanında
yerləşən Samir Vəliyev adına 34 saylı tam orta məktəbdə 2001-ci ildən qeyri
qanuni yolla ingilis dili müəllimi vəzifəsində çalışır.
Kimdir Qurbanova Luiza ?
Qurbanova Luiza güya Özbəkistan Respublikasında hüquq sahəsində ali təhsili
alıb, ancaq xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanımması və
ekvalentliyinin müəyyən edilməsi ( Nastrifikasiya)-sı qaydalarının təsdiq edilməsi Azərbaycan Respublikası
Nazirlər Kobinetinin qərarına əsasən Təhsil Nazirliyinin xaricdə təhsil sahəsində
xüsusi yaradılmış nostrifikasiya şöbəsinim müvafiq yoxlamasından sonra diplomun
Azərbaycan Respublikası ərazisində keçərli olmasını təstiqləyən şəhadətnamə
verildikdən sonra keçərli sayılır. Lakin Luiza Qurbanova bu qaydaların heç
birinə əməl etmədən fəaliyyət göstərir.
Bəs necə oldu ki, Qurbanova Luiza Valeh qızı Samir Vəliyev adına 34-saylı
tam orta məktəbdə ingilis dili müəllimi işləyir?
Qurbanova Luizanın atası Rüstəmov Valeh Polad oğlu 1998-ci ildə həmin məktəbə
direktor vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda Valeh Rüstəmov Gəncə şəhəri
Zülfi Hacıyev küşəsi 58 ünvanında yerləşən 26-saylı tam orta məktəb lisey
kompleksinin direktorudur. Valeh Rüstəmov Gəncə içtimayətinə, və təhsil işçilərinə
dövlət büdcəsini qeyri qanuni yollarla, talamaqla və küllü miqdarda
maliyyə pozuntusunna yol verməsi ilə kifayyət qədər tanınmış bir şəxsdir.
Valeh Rüstəmov Samir Vəliyev adına 34-saylı məktəbin direktoru olduğu vaxt və
o, zaman Gəncə şəhərində kifayyət qədər nüfuzu malik olan və saxta
diplomlar paylayan Azərbaycan Müəllimlər İstitutunun Gəncə
filialının müdiri Ramiz Məmmədovun köməkliyi ilə saxta diplom alaraq Gəncə
şəhər Samir Vəliyev adına 34-saylı tam orta məktəbə Rüstəmov Valeh Polad
oğlunun 2001-ci ildə verdiyi məktəb daxili əmrlə Qurbanova Luiza Valeh qızı
saxta diplomla ingilis dili müəllimi vəzifəsinə təyin edilir.
Ümumiyyətlə nəzərinizə bir daha çatdırmaq istəyirik ki, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 2013-cü ildə Azərbaycan Müəllimlər
İnstitutunun Gəncə filialda apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin
fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə
pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin
saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu
təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd
olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdur.
Qeyd edilən pozuntu hallarına yol verdiyinə görə Azərbaycan Respublikası Təhsil
Nazirinin müvafiq əmri ilə filiailın direktoru Ramiz Məmmədov vəzifəsindən azad
edilmiş və aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq,
onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa
göndərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli, 284 nömrəli
Fərmanı ilə "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il tarixli 13 iyun
tarixli 349 nömrəli Fərmanında edilmiş dəyişikliklərə müvafiq olaraq Azərbaycan
Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır.
Bununla bağlı olaraq Ramiz Məmmədov barəsində həps-qəti imkan tədbiri seçilmiş
və bu günə qədər Azərbaycan Müəllimlər İstitutunun Gəncə filialından alınmış
saxta diplomların sahibləri çalışdıqları təhsil müəssisələrindən işdən azad
edilərək uzaqlaşdırılmışlar.
Lakin yuxarıda göstərilən qanun pozuntuluğu Rüstəmov Valeh Polad oğluna və onun
övladı Qurbanova Luiza Valeh qızına təsirsiz ötüşmüşdür.
Hal-hazırda Samir Vəliyev adına 34-saylı tam orta məktəbin direktoru olan Xəlilov
Yuris Şamil oğlu isə bu vəziyyətin qarşısında aciz qalaraq, hətda Azərbaycan Müəllimlər
İnstitutunun Gəncə filiyalının neqativ hallarının araşdırılması zamanı, saxta
diplomlarla ümum təhsil orta məktəblərində çalışan müəllimlərin müəyyənləşdirilməsi
və işdən azad olunduqları tədqirdə Xəlilov Yuris Şamil oğlu Qurbanova Luizanın
saxta olan sənədlərini Gəncə Şəhər Təhsil idarəsinin müdiri Zakir
Hüseynovun göstərişi ilə üzə çıxarılmayıb, çünki Qurbanova Luizanı saxta
diplomla işə qəbul edən Rüstəmov Valeh Polad oğlu Zakir Hüseynovun qayınıdır.
Bu əməl isə Gəncə Təhsilinin rəhbəri sözdə dövlətə və dövlətçiliyimizə xidmət
etdiyini söyləyən lakin əməlləri ilə tam başqa mövqedən çıxış edən Zakir
Hüseynovun yüzlərlə qanun pozuntusunundan sadəcə biridir ki, bundanda Samir Vəliyev
adına 34- saylı tam orta məktəbin ingilis dili müəllimi Qurbanova Luiza
Valeh qızı 2001-ci ildən bugünə qədər dövlət büdcəsindən saxta yolla maliyələşərək
kifayyət qədər yararlanır, məktəbin direktoru Xəlilov Yuris Şamil oğlu isə
özündən yuxarı orqanın rəhbəri Zakir Hüseynovun göstərişinə əsasən bu
qanun pozuntusuna qarşı boyun əyməkdədir.
Bu əməllər isə Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun rəhbərliyi
altında dövlətimizə və yetişən gələcəyimizə qarşı olan bir təxribatdır.
Yuxarıda qeyd edilənlərin hər biri Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin
308-ci Maddəsi. Vəzifə səlahiyyətindən sui-istifadə.
308.1-ci Maddəsi ilə Dövlət büdcəsinin büdcə fondlarının və ya büdcədən kənar
dövlət fondlarının təyinatı üzrə istifadə edilməməsi.
309-cu Maddəsi də müşahidə olunmaqla vəzifə səlahiyyətini aşmaqdan başqa bir
şey deyil.
Bütün sadalanan əməllər Azərbaycan Dövlətinə və xalqımıza qarşı yönələn xəyanətdən
başqa bir şey deyil. Ancaq təssüf hissiylə qeyd etmək istəyirik ki, Gəncə şəhər
təhsilində Zakir Hüseynov və onun yaxın qohumlarının qanunlara zidd əməlləri hələdə
davam etməkdədir
Araşdırmamız davam edir
Elşən Oktayoğlu, Yazartv.az