"Maliyyə ayırmırlar, qrant da alırsan, deyirlər, agentdir"- Baş redaktor

 

"Bu gün region mətbuatının durumu heç də yaxşı deyil. Nə maliyyə köməkliyi var, nə reklam təflifi, nə də başqa köməklik".

 

Bunu Arqument.Az-a "Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov deyib.

 

Jurnalist region jurnalistikasının bugünkü probemlərindən danışarkən vəziyyətin heç də ürəkaçan olmadığını bildirib: "Bölgə mətbuatı hələ dünyanın düz vaxtı problemlərlə yaşayırdı. Yəni bizim hörmətli jurnalist Arif Əliyevin dili ilə desək, region mətbuatısız, ölkə mətbuatı tək ayaqlıdır. Nə vaxt ki mətbuat müstəqillik qazandı, onda paytaxt mətbuatı daha çox irəli getdi, amma region mətbuatı gerilədi. Çünki lazımı vəsait olmadı və bir çox rayonlar qəzet çıxara bilmədi. İndi demək olar ki, ölkədə iki, üç qəzet istisna olmaqla müstəqil qəzet yoxdur".

 

Onun sözlərinə görə, bölgələrdə ancaq rayon icra hakimiyyətlərinin təmsilçisi olan qəzetlər var və onlar da bir çox hallarda həftədə bir dəfə çap edilir: "Bu qəzetlərdə də keyfiyyətdən daha çox, qəzetin rəngli çıxmasıyla öyünürlər. Bu qəzetlərdə alternativ fikrə meydan yoxdur. Müstəqil qəzetlərdə özü-özlərini yaşatmaq gücündə deyillər. Çünki qrant ala bilmirlər, reklam yoxdur. Tərif yazırsan, oxumurlar, tənqid yazırsan, təzyiqə məruz qalırsan, qrant alırsan, deyirlər agentdir, xaricə işləyir. Bəs onda özünü ayaqda saxlamaq üçün qəzet nə etməlidir?! Ona görə region qəzetşiliyi elə bil ki, qocalıb. Əksəriyyət redaksiyanın tərkibi 50-60 yaşdan yuxarı insanlardır və bu yazılarda da informasiya yükü olduqca az olur".

 

Z.Əmənov deyir ki, bu gün ölkə üzrə iki-üç region qəzetinin saytı var və onlar da nə yazırlarsa, sayta qoyurlar: "Burada da cəmiyyətin nəbzi duyulmur. Daha bir problem ondan ibarətdir ki, qəzet haradan kömək almalıdır. Bölgələrdə elə bir qeyri-hökümət təşkilatı və başqa bir qurum yoxdur ki, qəzetləri qidalandırsın. Siyasi partiyaların rayon təşkilatları iflic vəziyyətindədir. Bölgədə başqa xəbərlər var ki, onu da ölkə mətbuatının daha çox əmək haqqı alan jurnalistləri bizdən qabaq işıqlandırırlar. Bu günki jurnalistikanın beynəlxalq təcrübədən götürəndə əsas işi araşdırma jurnalistikasıdır. Bunun üçün də üç vacib şərt lazımdır: vaxt, pul və peşəkarlıq. Bunu tapmaq isə çox çətindir".

 

"Bölgədə baş verən hadisəni paytaxt mediası çox asanlıqla xəbər şəklində verir. Biz bölgə mətbuatı olaraq bunu belə verə bilmərik, biz artıq hadisə yerində olmalıyıq. Bunun üçün də mənim əməkdaşım olmalıdır ki, hadisə yerinə yollayım. Əgər iki-üç qəzetin belə problemi olsaydı, onda deyərdim ki, bu bizim günahımızdı. Əgər ölkədəki yüz region qəzeti üçün bu problem varsa, bu artıq bizim problemimiz deyil. Buna dövlət səviyyəsində sistemli bir münasibət lazımdır ki, biz region mətbuatını dirçəldə bilək. Biz artıq nəşriyyat xərclərinə görə hər ay bir dəfə qəzet çıxarağa maddi imkanımız yoxdur. Qəzetin satışı isə sıfr vəziyyətindədir. Biz qəzetləri bir çox ucqar kəndlərə pulsuz paylayırıq. Biz kitab evi də açmışıq və burda da biz müəyyən adamlar tapmışıq ki, onların köməkliyi ilə 500-dən artıq məktəbliyə pulsuz kitab vermişik. Vəziyyət elədir ki, az qalıb qəzetin üstündə pul da verib insanlara oxutdurasan".

 

Vasif Əlihüseyn

Arqument.Az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300