Xeber365.com saytı fəaliyyətini dayandırır

 

Azərbaycanda məşhur xəbər portalı olan xeber365.com saytı fəaliyyətini dayandırır.

Bu barədə saytın baş redaktoru Anar Əsədli özünün "facebook" səhifəsində məlumat verib.

Həmin məlumatı olduğu kimi dərc edirik:

"Dəyərli dostlar, 3 il yarım əvvəl dövlətçilik, millətçilik, türkçülük dəyərlərini əldə bayraq edərək bir yola başladıq – məhdud imkanlarla, kiçik bir komanda ilə Xəbər365-i yaratdıq. 3 il yarım ərzində bir dəfə də olsun, əlimizi vicdanımızın üstündən götürmədik, haqqın, doğrunun yanında olduq. Bunu ona görə bu qədər rahatlıqla yazıram ki, saytın adı çəkiləndə haqqında ən reytinqli, ən populyar sayt yox, doğruları yazan sayt deyilir. Qürurludur ki, oxucuların, ictimaiyyətində yaddaşında məhz bu cür qalırıq.

Xəbər365 yaranandan bəri hər şeyə rəğmən, öz prinsiplərinə sadiq qaldı, onun marağında kiminsə villasını, bahalı maşınını, şou göstərmək, qalmaqalları, ölümü, kriminal hadisələri təbliğ etmək olmadı. Reytinq arxasınca qaçmadıq, məqsədimiz cəmiyyətə doğru informasiyaları çatdırmaq və fəaliyyətimizdə sağlam fikirləri yaymaq oldu. Çətin də olsa, qısa müddətdə ölkə mediasında özünəməxsus yer tuta bildik. Nəinki ölkədə, türk dünyasında populyarlıq qazanaraq oradakı fikir adamlarının da dəyərli fikirlərinin güzgüsünə çevrildi.

Xəbər365 yarandığı gündən mediada brend olmağı qarşısına məqsəd qoydu və buna, demək olar ki, nail oldu. Komandamızda peşəkar, öz mövqeyi olan jurnalistlər çalışdı, saytımız vasitəsilə aydınlar öz sözlərini deyə bildilər. Gəldiyimiz yola, mərammıza uyğun olaraq, ötən il "Cümhuriyyətimiz-100” layihəsinə başladıq və layihə çərçivəsində saytımızda yazılar yayımlandı, müzakirə olundu. Könül istərdi ki, Cümhuriyyətimizin 100 illiyində bu barədə daha çox məqalələrlə, araşdırmalarla çıxış edək. Ancaq biz bu il bir sıra səbəblərdən fəaliyyətimizi dayandırmaq məcburiyyətindəyik. Əlbəttə, bu addım bizim ürəyimizcə deyil, amma bizdən asılı olmayan səbəblər var. Buna sayt rəhbərliyinin bir müddət ölkədə olmaması və komanda üzvlərinin bəzi problemləri ilə əlaqədardır. Ancaq saytın fəaliyyətini davam etməsini, yaşamasını istəyən dostlarımız varsa, çox böyük həssasiyyətlə yaratdığımız, qoruduğumuz bu media orqanını və onun oxucularının yer aldığı 75 min izləyicisi olan Feysbuk səhifəmizi onlara həvalə edə bilərik. Təbii ki, saytın yoluna sadiq qalan, doğru-dürüst məqsədə xidmət edən kəslərə... Bizim üçüm önəmli olan bu adın yaşaması, bu yolun davam etməsidir. Ola bilər ki, bir müddət sonra Xəbər365-in başında yenə özümüz – saytın qurucuları və yaşadanlar olaq.

Sayt 31 yanvar- Cümhuriyətimizin qurucusu M.Ə. RƏSULZADƏNİN doğum gününə qədər fəaliyətini davam etdirəcək.
Bu günə kimi bu əziyyətli yolda bizə dəstək olan, bizi oxuyan, dəyər verən hər kəsə, hər bir oxucuya təşəkkür edirik. Var olun!"

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300