İnsanin zinəti

Mərhəmətli, rəhmli Allahın adı ilə!

Qurani-kərim insan barədə çox maraqlı bir məqama toxunmuşdur. Bu məqam olduqca tərbiyəvi rol oynayır və insanın yaşam tərzini dəyişə biləcək təsirə malikdir. Qurani-kərimin məntiqinə əsasən insanın ətrafında olan hər bir bəzək, insan bəzəyi sayıla bilməz. Allah taala "Kəhf” surəsinin yeddinci ayəsində buyurur:

إِنَّاجَعَلْنا ما عَلَى الْأَرْضِزينَةً لَها لِنَبْلُوَهُمْ أَيُّهُمْأَحْسَنُ عَمَلا

"Biz yer üzündə olanları onun üçün (və ya onun özünə məxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək”. Bu ayəyə diqqət etdikdə məlum olur ki, yer üzündəki okeanlar, çaylar, dağlar, meşələr, bağlar, heyvanlar və sair gözəlliklərin hamısı mzeh yerin zinəti hesab olunur. Həmçinin "Saffat” surəsinin altıncı ayəsi belədir:

إِنَّازَيَّنَّا السَّماءَ الدُّنْيا بِزينَةٍ الْكَواكِب

"Biz (sizə) ən yaxın olan göy üzünü (dünya səmasını) ulduzlarla bəzədik. (Günəş, ay və ulduzlar başqa-başqa göylərdə olduqları halda, siz onların hamısını özünüzlə müqayisədə ən yaxın bir yerdə, sanki başınızın üstündə görürsünüz)”

Deməli, göy üzü və yer üzünün özünəməxsus gözəllikllikləri var. Nəzərə alsaq ki, Allah taala "Biz yer üzünü və göy üzünü bəzədik” buyurub, bunlar insanın zinəti hesab oluna bilməz. Yer üzündə və göy üzündə müşahidə etdiyimiz bütün bəzəkləri bir gün solgun payız fəsli gözləyir. Qarşıdakı qiyamət günü bütün bu bəzəklərin sonu olacaqdır. Bu barədə də Qurani-kərimdə ayələr var;

إِذَاالشَّمْسُ كُوِّرَت وَ إِذَا النُّجُومُانْكَدَرَت وَ إِذَا الْجِبالُسُيِّرَت

"Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman; Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman; Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman”; (Təkvir surəsi, ilk üç ayə) Allah taala yer üzünün zinəti barədə "Kəhf” surəsinin səkkizinci ayəsində buyurur:

وَ إِنَّا لَجاعِلُونَ ماعَلَيْها صَعيداً جُرُزاً

"(Bu da bir həqiqətdir ki) Biz yer üzündə olan hər şeyi (vaxtı gələndə) məhv edib qupquru bir torpağa döndərərik. (Fani dünyaya, onun cah-cəlalına etibar yoxdur. Yer üzündə olan heç bir şey əbədi deyildir. Müəyyən dövrdən sonra orada mövcud olan hər şey məhv olacaqdır)”.

İnsanin zinətini isə "Hucurat” surəsinin yeddinci ayəsində izah edilir:

وَ اعْلَمُوا…اللَّهَ حَبَّبَ إِلَيْكُمُالْإيمانَ وَ زَيَّنَهُ فيقُلُوبِكُمْ وَ كَرَّهَ إِلَيْكُمُالْكُفْرَ وَ الْفُسُوقَ وَالْعِصْيانَ أُولئِكَ هُمُ الرَّاشِدُونَ

"(Ey iman gətirənlər!) Bilin ki.., Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri (bu xislət sahibləri) doğru yolda olanlardır!”

Qeyd etdiyimiz ayələrə əsasən, ev-eşik sahibi olmaqla, özünə bəzək-düzək verməklə, qəşəng geyinməklə və bahalı nəqliyyat vasitələrində gəzməklə insan özünə yaraşıq verə bilməz. Təbii ki, Qurani-kərim sadaladıqlarımızın əleyhinə deyil.

Lakin, bu kimi şeylərin, insan zinəti olmadığını bir daha vurğulayır. İnsanin zinəti "İman”-dır. Insan, iman və gözəl əməl sahibi olmaqla özünü bəzəyə bilər. Bu isə əbədi olaraq qalacaqdır. Bu zinət insanı heç vaxt tərk etməyəcəkdir. Dünyada gənclik çağlarından başlayaraq ölüm anınadək və axirətdə də onunla bərabər olacaqdır:

…كَلِمَةًطَيِّبَةً كَشَجَرَةٍ طَيِّبَةٍ أَصْلُها ثابِتٌ وَ فَرْعُهافِي السَّماء تُؤْتي أُكُلَها كُلَحينٍ بِإِذْنِ رَبِّها…

"…Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, möminin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə - Allah dərgahına yüksəlib ona daim savab qazandırır).”

İlahiyyatçı-yazar: Şəhriyar ƏLİYEV

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300