Qiyamətdəki şahidlər

Mərhəmətli, rəhmli Allahın adı ilə! "Şahidlik” gözü ilə gördüyü və ya bildiyi bir hadisə və ya iş haqqında bir şəxsin məlumat verməsi, şahid durması (olması) deməkdir. Məhkəmədə şahidin verdiyi məlumat "Şəhadət” adlanır. Şəhadət həm də "Fiqh” elminin sahələrindən biridir. Şəhadət üçün müxtəlif şərtlər və təlimləri öyrənmək üçün Fiqh elminin "şəhadat” babına müraciət etmək lazımdır. Burada iki məfhumun izahı labüddür: "Şəhadətin təhəmmülü”; yəni bir şeyin həqiqiliyini, düzlüyünü təsdiq etmək üçün bir işdə iştirak etmək (şahidliyə xatir əziyyətə (zəhmətə) qatlaşmaq) və "şəhadətin ədası”; məhkəmədə öz gözü ilə gördüyü bir şey, hadisə haqqında ifadə, məlumat verməklə onun doğru olub-olmadığını göstərmək (şahid durmaq) mənasını daşıyır.

Şəhadət mövzusu Quran-Kərimin önəmli mövzularında hesab olunur. Öncə mövzuya dair ayələri nəzərinizə çatdırırıq: (Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?(Nisa surəsi, 140-cı ayə.) ...جِئْنا مِنْ كُلِ أُمَّةٍ بِشَهيدٍ وَ جِئْنا بِكَ عَلى هؤُلاءِ شَهيداً; Qiyamət günü hər ümmətdən bir şahid (öz peyğəmbərini) gətirəcəyik.(Nəhl” surəsi, 84-cü ayə.) يَوْمَ نَبْعَثُ مِنْ كُلِّ أُمَّةٍ شَهِيدا"…kitab (ortaya) qoyulacaq (hərənin əməl dəftəri öz əlinə veriləcəkdir), peyğəmbərlər və şahidlər gətiriləcək…”( Zumər surəsi, 69-cu ayə.) وُضِعَ الْكِتابُ وَ جيءَ بِالنَّبِيِّينَ وَ الشُّهَداء

Yuxarıdakı ayələrdən məlum olur ki, Qiyamət günü hər bir ümmətin şahidi olacaq, onlar möminlərin lehinə və kafirlərin əleyhinə şahidlik edəcəklər. Eləcə də aydın olur ki, həzrət Peyğəmbər (s) həm ümmətlərə, həm peyğəmbərlərinə şahid duracaq. Yəni Peyğəmbər (s) hər bir ümmətin şahidinə də şahidlik edəcək. "(Özlərinə) peyğəmbər göndərilən ümmətləri (peyğəmbərlərə tabe olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də (dinimizi onlara təbliğ edib-etməmələri haqqında) sorğu-sual edəcəyik.”(Əraf surəsi, 6-cı ayə.) فَلَنَسْئَلَنَّ الَّذينَ أُرْسِلَ إِلَيْهِمْ وَ لَنَسْئَلَنَّ الْمُرْسَلين

Bu ayədə ümmətlərdən və onlara göndərilən peyğəmbərlərdən sual olunacağı bildirilir. Sorğulama Qiyamətdə həyata keçsə də "Şəhadətin təhəmmülü” dünyada baş verməlidir. Deməli, bu ayə də şahidlik mənasını daşıyır. Qurani-Kərim həzrət İsa (ə.s) peyğəmbərdən nəql edir: "Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim. Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!(Maidə surəsi, 117-ci ayə.) كُنْتُ عَلَيْهِمْ شَهيداً ما دُمْتُ فيهِمْ فَلَمَّا تَوَفَّيْتَني كُنْتَ أَنْتَ الرَّقيبَ عَلَيْهِمْ وَ أَنْتَ عَلى كُلِّ شَيْءٍ شَهيد"…lakin o, (İsa) qiyamət günündə onların əleyhinə şəhadət verəcəkdir”(Nisa surəsi, 159-cu ayə.) يَوْمَ الْقِيامَةِ يَكُونُ عَلَيْهِمْ شَهيداًBu ayədən də məlum olduğu kimi "şəhadətin təhəmmülü” dünyada "ədası” isə axirətdə baş verir.

Təbii ki, insanda olan adi hislərlə təkcə aşkarda olan həm də əməllərin zahirini müşahidə etmək olar. Amma gizlindəki əməlləri müşahidə etmək hər kəs üçün asan sayıla bilməz. Həmçinin zahirdəki əməllərin batini sirlərini də adi hislərlə dərk

etmək müyəssər deyil. Məsələn: Bəqərə surəsinin 225-ci ayəsində izah olunan (qəlblərin kəsb etdiyi şeyləri (yalandan və ya qəsdən içib yerinə yetirilməyən andları, pis niyyətləri وَ لكِنْ يُؤاخِذُكُمْ بِما كَسَبَتْ قُلُوبُكُمْ və sair batini əməlləri adi gözlə dərk etmək (bilmıək) mümkünsüzdür. Ancaq "Zuxruf” surəsində vurğulandığı kimi "haqqa şəhadət verənlər müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər.” إِلاَّ مَنْ شَهِدَ بِالْحَقِّ وَ هُمْ يَعْلَمُون(Zuxruf” surəsi, 86-cı ayə.) Deməli, şahid durmaq, ümmətin zahiri və batini əməllərini və əməllərinin zahirini və batinini görmək və hal-hazırda və Qiyamət günü məlumat vermək deməkdir. Bütün bunlardan aydın olur ki, məhz möhkəm imana və qeyb elminə malik olan şəxslər şahidlik edə bilər. Çünki, qeyd etdiyimiz tərzdə şahid olmaq kəramət sayılır. Hər kəsin bacardığı iş heç vaxt kəramət sayıla bilməz. "Hədid” surəsində (Hədid surəsi, 19-cu ayə.) hər bir möminin şahidlik edə biləcəyi qeyd olunsa da, ayə bizim müddəamızla zidd deyil. Çünki, ayədəki (عِنْدَ رَبِّهِم- onlar öz Rəbbi dərgahında)-sözündən anlaşılır ki, onlar dünyada deyil, məhz Qiyamətdə şahidlik edəcək.

Həzrət Peyğəmbər (s) başda olmaqla məsum imamların hər biri bizim aşkarda və gizlində etdiyimiz əməllərə agahdır və ümmətin ictimai əlaqələri və fərdi düşüncələrinə qiyamətdə şahid duracaq. Onların bu biliyi müxtəlif mənbələrdən qaynaqlanır. İmamların elmi qaynaqlarını (mənbələrini) izah etmək üçün müfəssəl yazılara ehtiyac duyulur. Burada məhz bəzi mənbələrin adını təqdim edirirk: Quran, Peyğəmbərin (s) təlimi, qeyb elmi, əməllərin imamlara təqdim olunması, Cəfr, Camiə, həzrət Zəhranın (s.ə) müshəfi, hər imamın məxsus səhifəsi və sair mənbələrə əsasən imamlar bizim şahidlərimizdir. "Bəsairud-dərəcat” kitabında bu sahədə məxsus fəsl var: "باب في علم الأئمة بما في السماوات و الأرض و الجنة و النار و ما كان و ما هو كائن إلى يوم القيامة" (Bəsairud-dərəcat, 1-ci cild, səh: 127.) Bunlar bizim nə etdiyimizi və nə vaxt və necə etdiyimizi görməsələr (bilməsələr) necə şahidlik edə bilərlər!? Yuxarıda qeyd etdiyimiz kimi "şəhadətin ədası” "şəhadətin təhəmmülü”-nə bağlıdır. Başqa sözlə desək, şahid görmədiyi (bilmədiyi) şeyə şəhadət verərsə, şahidliyi düzgün və mötəbər sayılmaz.

İmamların şahidliyi məsələsi hədislərdə də öz əksini tapmışdır. Bu barədə çoxlu hədis nəql etmək olar. Mövzuya dair hədislər Şiənin mötəbər mənbələrindən sayılan "Üsuli-kafi”-də "باب في أنّ الأئمّة شهداء اللّه عزّ و جلّ على خلقه"-İmamlar Allahın insanlara olan şahidləridir” ünvanında bab var və mərhum Kuleyni o babda beş hədis nəql etmişdir. Nümunə üçün birini təqdim edirik:

عَنْ بُرَيْدٍ الْعِجْلِيِّ قَالَ: سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ (ع( عَنْ قَوْلِ اللَّهِ عَزَّ وَ جَلَّ- وَ كَذلِكَ جَعَلْناكُمْ أُمَّةً وَسَطاً لِتَكُونُوا شُهَداءَ عَلَى النَّاسِ قَالَ نَحْنُ الْأُمَّةُ الْوُسْطَى وَ نَحْنُ شُهَدَاءُ اللَّهِ عَلَى خَلْقِه…

Burəyd İcli imam Sadiqdən (ə.s) "Bəqərə” surəsinin 143-cü ayəsini (Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə şahid olasınız…) izah etməsini istəyir. İmam (ə.s) buyurur: "İnsanların əməllərinə şahid olan bizik” (Üsuli-kafi”, 1-ci cild, səh: 190.)

Bunu da əlavə etmək lazımdır ki, şahidlik etmək iki cürdür: 1. Sözlə (danışaraq) öz şahidliyini ifadə etmək; 2. Əməllə şahidlik etmək. Yəni İnsanlar müəyyən günahlar ucbatından qiyamətdə məhşərə heyvan simalı olaraq gələrlər. (Bəqərə surəsi: 65-ci ayə; Əraf surəsi: 166-cı ayəyə müraciət edin) Əgər bir insan qiyamət günü yırtıcı heyvan şəklində məhşər ayağına çəkilirsə, bu sima onun günahkar olduğuna dəlalət edəcəkdir. Əməli şahidlik üçün dünyada müşahidə etdiyimiz kafirlərin əməllərini misal çəkmək olar. Onlar dildə deməsələr də əməlləri ilə Allaha inanmadıqlarını göstərirlər. Əgər insanın bədən üzvləri şəhadət verərsə buna "sözlə-danışmaqla şahidlik etmək” deyilir: "Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir” (Nur surəsi: 24). Amma əgər bir insan etdiyi günahlar nəticəsində məsələn "it, donuz və meymun” surətində məhşərə gələrsə, artıq hamı onun fılan günah sahibi olduğunu anlayar. Hz. Peyğəmbər (s) buyurub: Bəzi insanlar qiyamət günü müxtəlif simalarla məhşur olar. Bu hədisi Zeməxşəri də Kəşşaf təfsiri, Nəbə surəsinin 18-ci ayəsini şərh edərkən nəql etmişdir. Mərhum Əmini də "Məcməul-bəyan” təfsirində bu hədisi nəql etmişdir:

كَانَ مُعَاذُ بْنُ جَبَلٍ جَالِساً قَرِيباً مِنْ رَسُولِ اللَّهِ )ص( فِي مَنْزِلِ أَبِي أَيُّوبَ الْأَنْصَارِيِّ فَقَالَ مُعَاذٌ يَا رَسُولَ اللَّهِ أَ رَأَيْتَ قَوْلَ اللَّهِ تَعَالَى يَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْواجاً الْآيَاتِ فَقَالَ يَا مُعَاذُ سَأَلْتَ عَنْ عَظِيمٍ مِنَ الْأَمْرِ ثُمَّ أَرْسَلَ عَيْنَيْهِ ثُمَّ قَالَ تُحْشَرُ عَشَرَةُ أَصْنَافٍ مِنْ أُمَّتِي أَشْتَاتاً قَدْ مَيَّزَهُمُ اللَّهُ تَعَالَى مِنَ الْمُسْلِمِينَ وَ بَدَّلَ صُوَرَهُمْ فَبَعْضُهُمْ عَلَى صُورَةِ الْقِرَدَةِ وَ بَعْضُهُمْ عَلَى صُورَةِ الْخَنَازِيرِ وَ بَعْضُهُمْ مُنَكَّسُونَ أَرْجُلُهُمْ مِنْ فَوْقُ وَ وُجُوهُهُمْ مِنْ تَحْتُ ثُمَّ يُسْحَبُونَ عَلَيْهَا وَ بَعْضُهُمْ عُمْيٌ يَتَرَدَّدُونَ وَ بَعْضُهُمْ بُكْمٌ لَا يَعْقِلُونَ وَ بَعْضُهُمْ يَمْضَغُونَ أَلْسِنَتَهُمْ يَسِيلُ الْقَيْحُ مِنْ أَفْوَاهِهِمْ لُعَاباً يَتَقَذَّرُهُمْ أَهْلُ الْجَمْعِ وَ بَعْضُهُمْ مُقَطَّعَةٌ أَيْدِيهِمْ وَ أَرْجُلُهُمْ وَ بَعْضُهُمْ مُصَلَّبُونَ عَلَى جُذُوعٍ مِنْ نَارٍ وَ بَعْضُهُمْ أَشَدُّ نَتْناً مِنَ الْجِيَفِ وَ بَعْضُهُمْ يَلْبَسُونَ جِبَاباً سَابِغَةً مِنْ قَطِرَانٍ لَازِقَةٍ بِجُلُودِهِمْ فَأَمَّا الَّذِينَ عَلَى صُورَةِ الْقِرَدَةِ فَالْقَتَّاتُ مِنَ النَّاسِ وَ أَمَّا الَّذِينَ عَلَى صُورَةِ الْخَنَازِيرِ فَأَهْلُ السُّحْتِ وَ أَمَّا الْمُنَكَّسُونَ عَلَى رُءُوسِهِمْ فَأَكَلَةُ الرِّبَا وَ الْعُمْيُ الْجَائِرُونَ فِي الْحُكْمِ وَ الصُّمُّ الْبُكْمُ الْمُعْجَبُونَ بِأَعْمَالِهِمْ وَ الَّذِينَ يَمْضَغُونَ بِأَلْسِنَتِهِمْ فَالْعُلَمَاءُ وَ الْقُضَاةُ الَّذِينَ خَالَفَتْ أَعْمَالُهُمْ أَقْوَالَهُمْ وَ الْمُقَطَّعَةُ أَيْدِيهِمْ وَ أَرْجُلُهُمْ الَّذِينَ يُؤْذُونَ الْجِيرَانَ وَ الْمُصَلَّبُونَ عَلَى جُذُوعٍ مِنْ نَارٍ فَالسُّعَاةُ بِالنَّاسِ إِلَى السُّلْطَانِ وَ الَّذِينَ هُمْ أَشَدُّ نَتْناً مِنَ الْجِيَفِ فَالَّذِينَ يَتَمَتَّعُونَ بِالشَّهَوَاتِ وَ اللَّذَّاتِ وَ يَمْنَعُونَ حَقَّ اللَّهِ فِي أَمْوَالِهِمْ وَ الَّذِينَ يَلْبَسُونَ الْجِبَابَ فَأَهْلُ التَّجَبُّرِ وَ الْخُيَلَاءِ.

Həzrət Peyğəmbər (s) hədisdə insanların heyvan şəklinə düşmələrinin amillərini izah etmişdir. Bəzi Quran ayələri və yuxarıda nəql etdiyimiz rəvayəti əsas gətirərək "əməli şahidliyi” də isbat etmək mümkündür.

Şahidlərin siyahısı:

Qiyamət günü müxtəlif şahidləri göstərməklə müttəhimlərin inkarının qarşısını alınacaq ki, daha Allaha qarşı bir bəhanə yeri qalmasın. Qiyamətdə şahid duranların siyahısını təqdim edirik:

Birinci şahid: Allah: Allah Taala qiyamət gününü "Şahidlərin şəhadət verəcəyi gün” olaraq vəsf etmişdir. (Ğafir surəsi: 51) Qiyamətdə şahidliyin müxtəlif mərhələləri var. Bəzi yerlərdə məhz Allahın şahidliyi kifayət edəcək: كَفى بِاللَّهِ شَهيداً "Təkcə Allahın şahid olması yetər!” (Nisa surəsi, 166-cı ayə; "Yunus” surəsi, 29-cu ayə.) Həzrət Əli (ə.s) Allahın şahidliyi barədə buyurur: اتَّقُوا مَعَاصِيَ اللَّهِ فِي الْخَلَوَاتِ فَإِنَّ

الشَّاهِدَ هُوَ الْحَاكِم "Xəlvətlərdə (də) Allaha qarşı günah etməkdən çəkin. Çünki şahid, hökm edənin özüdür.”(Nəhcül-Bəlağə, 324-cü hikmət.)

Qeyd etmək lazımdır ki, şahidlik Allaha məxsus olan sifətlərdəndir. Allahdan qeyrisi şahid durarsa bu mütləq Allahın izni ilə həyata keçə bilər. Allahın şahidliyinə dəlalət edən ayələr çoxdur: Yunus surəsi, 46-cı ayə: "…onların axır dönüşü Bizədir. Allah onların nə etdiklərinə şahiddir!; Həcc surəsi, 17-ci ayə:” …Şübhəsiz ki, Allah hər şeyə şahiddir!”; Yunus surəsi, 61-ci ayə: "(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq…”; Nisa surəsi, 33-cü ayə: "…Allah hər şeyə şahiddir!”; Allah Taalanın şahidliyi həqiqi şahidlikdir. (Yunus surəsi, 61-ci ayə) Çünki, O, insan və onun bütün əməllərindən agahdır, hətta insanın niyyətlərini bilir: "…Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!” (Ənfal surəsi, 24-cü ayə). İnsanları görməsi adi (maddi və cismani) gözlərlə deyil(Nəhcül-bəlağə, 152-ci xütbə) وَ الشَّاهِدِ لَابِمُمَاسَّة və səhv etmək kimi afətlərdən münəzzəhdir. Allah üçün gizli və aşkar mənasızdır: "(Ey insan!) Sən (dua edərkən) səsini ucaltsanda (ucaltmasan da, heç bir fərqi yoxdur). Çünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir. (Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır. Buna görə də özünü yorub uca səslə dua, yaxud zikr etmə. Əsas məsələ Allaha edilən ibadətin səmimiyyətidir).” (Taha surəsi, 7-ci ayə).

Beləliklə aydın oldu ki, ən böyük şahidlik elə Allahın etdiyi şahidlikdir. Bu məzmun isə Hz. Əlinin (ə.s) kəlamında (Nəhcül-bəlağə) qeyd olunmuşdur:

اللَّهُمَّ فَإِنَّا نُشْهِدُكَ عَلَيْهِ يَا أَكْبَرَ الشَّاهِدِينَ شَهَادَة

İkinci şahid: Peyğəmbərlər (ə): Həzrət əli (ə.s) Peyğəmbərin (s) şahidliyi barədə buyurur: فهو أمينك المأمون و خازن علمك المخزون، و شهيدك يوم الدّين "O böyük şəxs aydın nişanələri və şəriət hökmlərini ucaltdı. O, Sənin doğru əmrinin və Sənin elminin, sirlərinin xəzinəsidir. Qiyamət günündə (yaxşı və pis əməl sahiblərinə) Sənin tərəfindən şahiddir”.(Nəhcül-Bəlağə 72-ci xütbə.) Peyğəmbərlərin şahidliyi barədə aşağıdakı ayələrə işarə etmək olar: Nəhl surəsi, 89-cu ayə; Nisa surəsi, 41-ci ayə; Nəhl surəsi, 84-cü ayə.

Üçüncü şahid: Məsum İmamlar: (Ey Muhəmməd (s) ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız…” (Həcc surəsi, 78-ci ayə.) Ayənin zahiri mənası budur ki, ayə bütün müsəlmanlara xitabən buyurur: sizi bütün ümmətlərə şahid edəcik. Amma yuxarıda qeyd etdiyimiz kimi, rəvayətlərə əsasən məhz İmamlar şahid olacaq. Çünki, məhz onlar dünyada hər kəsin hər əməlini görürlər: قُلِ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَ رَسُولُهُ وَ الْمُؤْمِنُون "De: "(Ey insanlar, ey tövbəkarlar!

İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər…” (Tovbə” surəsi, 105-ci ayə.) Bu ayədən də məlum olduğu kimi, Allahdan və Peyğəmbərindən (s) başqa şəxslər də insanların əməllərini görür. Xülasə, bu ayəyə istinadla bunu demək olar ki, وَ كَذلِكَ جَعَلْناكُمْ أُمَّةً وَسَطاً لِتَكُونُوا شُهَداءَ عَلَى النَّاسِ وَ يَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهيداً (Bəqərə surəsi, 143-cü ayə) məsum imamlar Camaatla Peyğəmbər arasında vasitədirlər və imamlar camaatın əməllərinə şahiddirlər. Ayənin şərh edən hədislərə diqqət yetirsək belə bir qənaətə gəlməyin mötəbərliyini isbat edə bilərik.

Dördüncü şahid: Mələklər:وَ جاءَتْ كُلُّ نَفْسٍ مَعَها سائِقٌ وَ شَهيد Hər bir kəs (Rəbbinin hüzuruna) bir sürüyən (sürüyüb məhşərə gətirən) və bir də şahidlə (iki mələklə) gələcəkdir. (Qaf surəsi, 21-ci ayə.) Hz. Əli (ə.s) ayəni şərh edərkən buyurub: سَائِقٌ يَسُوقُهَا إِلَى مَحْشَرِهَا وَ شَاهِدٌ يَشْهَدُ عَلَيْهَا بِعَمَلِهَا (Nəhcül-Bəlağə, 85-ci xütbə)

Mələklərin şahidliyinə aid ayələr: إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيانِ عَنِ الْيَمينِ وَ عَنِ الشِّمالِ قَعيد ما يَلْفِظُ مِنْ قَوْلٍ إِلاَّ لَدَيْهِ رَقيبٌ عَتيدٌ"Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf surəsi, 17-18); وَ إِنَّ عَلَيْكُمْ لَحافِظينَ كِراماً كاتِبينَ يَعْلَمُونَ ما تَفْعَلُونَ "Sizin üstünüzdə gözətçi mələklər (Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər.” (İnfitar surəsi, 10-12); إِنَّ رُسُلَنا يَكْتُبُونَ ما تَمْكُرُون "…Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri (əməl dəftərinizə) yazırlar!” (Yunus surəsi, 21); أَمْ يَحْسَبُونَ أَنَّا لا نَسْمَعُ سِرَّهُمْ وَ نَجْواهُمْ بَلى وَ رُسُلُنا لَدَيْهِمْ يَكْتُبُون "Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz (onların bütün aşkar və gizli söhbətlərini) yazırlar!” (Zuxruf surəsi, 80).

Qeyd edək ki, mələklərin sağda və solda (çiyində) olması və sağ tərəfdəki mələy yaxşı əməlləri və soldakı mələk pis əməlləri yazması və bu kimi məsələlər hz Peyğəmbərdən nəql olunan hədisə əsasəndir. (Ətraflı məlumat üçün "Məcməul-Bəyan” 9-cu cild, səhifə 144-ə müraciət edin). Həmçinin Əllamə Təbatəbai Əlmizan kitabının 18-ci cildində (səh 348) bu barədə geniş izah vermişdir. "Nümunnə” təfsirinə əsasən sağ tərəfdəki mələyin adı "Rəqib”, sol tərəfdəki mələyin adı isə "Ətid”-dir. (Nümunə, 22-ci cild, səh: 249-250). Nəhcül-Bəlağənin 157-ci xütbəsindən mələklərə dair ən dolğun məlumatları əldə etmək olar.

Beşinci şahid: Bədən üzvləri: Bədən üzvləri də insanın əleyhinə şəhadət verəcək: يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَ أَيْديهِمْ وَ أَرْجُلُهُمْ بِما كانُوا يَعْمَلُون Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. (Nur surəsi, 24-cü ayə.) حَتَّى إِذا ما جاؤُها شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَ أَبْصارُهُمْ وَ جُلُودُهُمْ بِما كانُوا يَعْمَلُون وَ قالُوا لِجُلُودِهِمْ لِمَ شَهِدْتُمْ عَلَيْنا قالُوا أَنْطَقَنَا اللَّهُ الَّذي أَنْطَقَ كُلَّ شَيْء Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şəhadət verirsiniz?” – deyəcəklər. (Dəriləri də) belə cavab verəcəkdir: "Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. (Fussilət surəsi, 20-21-ci

ayələr.) إِنَّ السَّمْعَ وَ الْبَصَرَ وَ الْفُؤادَ كُلُّ أُولئِكَ كانَ عَنْهُ مَسْؤُلاً "…Çünki qular, göz və ürək–bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.” (İsra surəsi: 36) الْيَوْمَ نَخْتِمُ عَلى أَفْواهِهِمْ وَ تُكَلِّمُنا أَيْديهِمْ وَ تَشْهَدُ أَرْجُلُهُمْ بِما كانُوا يَكْسِبُون "Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik – dediklərinə görə) onların ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.” (Yasın surəsi: 65) Hədislərdən belə anlaşılır ki, bədən üzvləri möminin əleyhinə şahidlik etməyəcəklər. Günahkarın əleyhinə şahidlik edəcəklər: و ليست تشهد الجوارح على المؤمن انّما تشهد على من حقّت عليه كلمة العذاب. (Səfinətul-Bihar və mədinətul ihökmi vəl asar, cild: 4, səh 516)

Altıncı şahid: Zaman: İlahi məhkəmənin altıncı şahidi zaman (gecə-gündüz)-dır. Zamanın şahidliyinə aid Quran ayəsinə rast gəlmədiyimizdən hədislərə müraciət edirik: مَا مِنْ يَوْمٍ يَمُرُّ عَلَى ابْنِ آدَمَ إِلَّا قَالَ لَهُ ذَلِكَ الْيَوْمُ يَا ابْنَ آدَمَ أَنَا يَوْمٌ جَدِيدٌ وَ أَنَا عَلَيْكَ شَهِيدٌ فَقُلْ فِيَّ خَيْراً وَ اعْمَلْ فِيَّ خَيْراً أَشْهَدُ لَكَ بِهِ يَوْمَ الْقِيَامَةِ فَإِنَّكَ لَنْ تَرَانِي بَعْدَهُ أَبَداً. Həzrət Əli (ə.s) buyurub: İnsan üçün keçən hər gün insane xəbərdarlıq edib deyər: Ey adəm övladı! Mən sənin üçün yeni günəm. sənin əməllərinə şahidəm…” (Mən la yəhzuruhul fəqih, cild 4, səh 397; Əmali (Səduq), səh 108; Biharul-ənvar, cild 68, səh 181) İmam Səccad (ə.s) "Səhifeyi-Səccadiyyə”-nin altıncı duasında buyurur: وَ هَذَا يَوْمٌ حَادِثٌ جَدِيدٌ، وَ هُوَ عَلَيْنَا شَاهِدٌ عَتِيدٌ، إِنْ أَحْسَنَّا وَدَّعَنَا بِحَمْدٍ، وَ إِنْ أَسَأْنَا فَارَقَنَا بِذَم "Bu gün yeni gündür və bizim əməllərimizə şahiddir…” Başqa bir hədisdə "cümə” gününün şahidliyindən söz açılır: سيدُ الأَيام يوم الجمعة هو شاهد لمن حضر صلاتَه. Həzrət Peyğəmbər (s) də gecə-gündüzün insan əməllərrinə şahidlik edəcəyini buyurmuşdur: …”مَنْ عَرَفَ حُرْمَةَ رَجَبٍ وَ شَعْبَانَ وَ وَصَلَهُمَا بِشَهْرِ رَمَضَانَ شَهْرِ اللَّهِ الْأَعْظَمِ شَهِدَتْ لَهُ هَذِهِ الشُّهُورُ يَوْمَ الْقِيَامَة…” (Biharul-ənvar, cild 7, səh 316).

Yeddinci şahid: nemətlər: Allahın insana bəxş etdiyi saysız-hesabsız ((Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz…” İbrahim surəsi, 34-cü ayə) maddi və mənəvi nemətlər də Quranın təlimlərinə görə qiyamət günü şahidlik edəcəklər. İnsan ilahi məhkəməədə həmin nemətlər barədə sorğuya tutulacaqdır: ثُمَّ لَتُسْئَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعيمِ "Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” (Təkasur, 8) Nemətlər də insan əməllərinə- onlarla necə davranıldığına şahidlik edər: أَحْسِنُوا صُحْبَةَ النِّعَمِ قَبْلَ فَوَاتِهَا فَإِنَّهَا تَزُولُ وَ تَشْهَدُ عَلَى صَاحِبِهَا بِمَا عَمِلَ فِيهَا(Tuhəhul-uqul, səh 107)

Səkkizinci şahid: İnsanın özü: Günahkar insanlar can verəndə və Qiyamətdə öz pis əməllərini inkar edər ما كُنَّا نَعْمَلُ مِنْ سُوءٍ"Biz heç bir pislik etmirdik!”(Nəhl surəsi, 28-ci ayə.) Bəzən and içib müşrik olmadıqlarını iddia edəcəklər: وَ اللَّهِ رَبِّنا ما كُنَّا مُشْرِكينَ "Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!” يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَميعاً فَيَحْلِفُونَ لَهُ كَما يَحْلِفُونَ لَكُمْ وَ يَحْسَبُونَ أَنَّهُمْ عَلى شَيْءٍ أَلا إِنَّهُمْ هُمُ الْكاذِبُون "Allah onların hamısını dirildəcəyi gün onlar sizə (yalandan) and içdikləri kimi, Allaha da and içəcək və (bununla axirətdə) bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin ki, onlar əsl yalançıdırlar! (Mucadələ surəsi, 18-ci ayə.) Allah onların barəsində buyurur: انْظُرْ كَيْفَ كَذَبُوا عَلى أَنْفُسِهِم "Gör onlar

özlərinə qarşı necə yalan deyirlər”. (Ənam surəsi, 224-cü ayə.) Amma elə ki, gizlətmə və təkzib yolunun bağlı olduğunu görərlər və müxtəlif şahidlərin onların əleyhinə şəhadət vermələrini müşahidə edərlər, özləri də öz əleyhinə şəhadət verərlər: وَ لا يَكْتُمُونَ اللَّهَ حَديثاً və öz əməllərini etiraf edər və nöqsanlarını boynuna alarlar: فَاعْتَرَفُوا بِذَنْبِهِمْ "Və beləcə öz günahlarını etiraf edəcəklər…” (Mulk surəsi, 11-ci ayə.) وَ شَهِدُوا عَلى أَنْفُسِهِم "Biz öz əleyhimizə şahidik!” (Ənam surəsi, 130-cu ayə.)

Doqquzuncu şahid: Yer: Yerin şahidliyinə aid çoxlu ayə və hədis vardır. إِذا زُلْزِلَتِ الْأَرْضُ زِلْزالَها وَ أَخْرَجَتِ الْأَرْضُ أَثْقالَها وَ قالَ الْإِنْسانُ ما لَها يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبارَها بِأَنَّ رَبَّكَ أَوْحى لَها… Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman; Yer öz yükünü çıxardıb atacağı zaman; İnsan (təəccüblə): "Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman - Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir - Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)! (Zilzal surəsi) Həzrət Peyğəmbər (s) buyurub ki, yer üzərindəki hər bir insanın əməllərini söyləyəcək:

-أَ تَدْرُونَ مَا أَخْبَارُهَا قَالُوا اللَّهُ وَ رَسُولُهُ أَعْلَمُ قَالَ أَخْبَارُهَا أَنْ تَشْهَدَ عَلَى كُلِّ عَبْدٍ وَ أَمَةٍ بِمَا عَمِلَ عَلَى ظَهْرِهَا تَقُولُ عَمِلَ كَذَا وَ كَذَا يَوْمَ كَذَا وَ كَذَا فَهَذَا أَخْبَارُهَا-حَافِظُوا عَلَى الْوُضُوءِ وَ خَيْرُ أَعْمَالِكُمُ الصَّلَاةُ وَ تَحَفَّظُوا مِنَ الْأَرْضِ فَإِنَّهَا أُمُّكُمْ وَ لَيْسَ فِيهَا أَحَدٌ يَعْمَلُ خَيْراً أَوْ شَرّاً إِلَّا وَ هِيَ مُخْبِرَةٌ بِه-وَ صَلُّوا مِنَ الْمَسَاجِدِ فِي بِقَاعٍ مُخْتَلِفَةٍ فَإِنَّ كُلَّ بُقْعَةٍ تَشْهَدُ لِلْمُصَلِّي عَلَيْهَا يَوْمَ الْقِيَامَةِ-

Bu rəvayətlərə diqqət etdikdə yerin şahidlik edəcəyinə şəkk-şübhə qalmır. Əlbəttə yerin və digər cansız əşyaların şahidliyi və şəhadətlərinin keyfiyyəti barədə təfsir kitablarında müxtəlif fikirlər mövcuddur.

Onuncu şahid: Qurani-Kərim: Ustad Cəfər Sübhani "Mənşuri cavid” kitabında Quranın şahidliyini açıq aşkar təsdiqləmişdir. (cild 9, səh 337) Hədislərdən anlaşılır ki, Qurani-Kərim Qiyamət günü üç xüsusiyyətlə insanla davranacaq: 1- Şəhadət, 2- Şəfaət, 3- Şikayət. …فَيَقُولُ اللَّهُ تَبَارَكَ وَ تَعَالَى كَيْفَ رَأَيْتَ عِبَادِي فَيَقُولُ يَا رَبِّ مِنْهُمْ مَنْ صَانَنِي وَ حَافَظَ عَلَيَّ وَ لَمْ يُضَيِّعْ شَيْئاً وَ مِنْهُمْ مَنْ ضَيَّعَنِي وَ اسْتَخَفَّ بِحَقِّي وَ كَذَّبَ بِي وَ أَنَا حُجَّتُكَ عَلَى جَمِيعِ خَلْقِك… Hədis çox uzun olduğuna görə hamısını nəql etmədik. (Ətraflı məlumat üçün: Kafi, cild 2, səh 597-yə müraciət edin).

On birinci şahid: Əməllər: Hər bir əməlin batini siması (mələkuti çöhrəsi) da vardır. Qiyamət günü əməllərin batini siması hamıya bəlli olacaq: وَ وَجَدُوا ما عَمِلُوا حاضِراً Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. (Kəhf surəsi, 49-cu ayə.) يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ ما عَمِلَتْ مِنْ خَيْرٍ مُحْضَراً وَ ما عَمِلَتْ مِنْ سُوءٍ O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək…” (Ali–İmran surəsi, 30-cu ayə.) فَمَنْ يَعْمَلْ مِثْقالَ ذَرَّةٍ خَيْراً يَرَهُ وَ مَنْ يَعْمَلْ مِثْقالَ ذَرَّةٍ شَرًّا يَرَهُ"Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” (Zilzal surəsi, 7-8). İnsan əməllərini Qiyamət günü görəcək: (Zumər: 60; Ali-İmran: 106; Hədid: 12; Bu ayələrdən məlum olur ki, Qiyamət günü iman nur şəklində və küfr zülmət olaraq zühur məhşərə gələcəkdir.) (Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir.

Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır! Ali-İmran: 180: bu ayənin şərhində imam bBaqir (ə.s) buyurub: Zəkatı verilməyən əmval Qiyamət günü atəşdən boyunbağı düzəldiləcək və sahibinin boynuna asılacaqdır.) (Nisa: 10; Bəqərə: 275; Ənam: 31) Ayatullah Cavadi Amoli (Təfsiri mozuiye Quran-Məad dər Quran- 5-ci cild, səh 89-914) جَزاءً وِفاقا (Dünyadakı əmələrinə) uyğun cəza olaraq. (Nəbə-26) bu ayənin şərhində buyurur ki, ayə əməllərin şahidliyinə _"Əməllərin təcəssümü”_dəlalət edir.

On ikinci şahid: Vicdan: İlahi məhkəmənin şahidlərindən biri də vicdandır. Vicdan, öz hərəkəti üçün mənəvi məsuliyyət hissi, daxili saflıq və hərəkətlərinin yaxşı və pis olduğunu duyma hissidir. Oyaq vicdanlar yaxud vicdanı oyaq olanlar dünyada etdikləri günahkarların əleyhinə etiraz olaraq qaldırdıqları qiyam kimi axirətdə də həm günahlara şahidlik edəcək, həm də qəzavət edib hökm sürəcək. İnsanın ruhu Allahdan olduğu üçün (Mən ona surət verib ruhumdan üfürdüyüm zaman…(Hicr: 29)) Qiyamətdə də öz əleyhinə şahidlik edəcək. Çünki insan özü-özünü hamıdan yaxşı tanıyır: بَلِ الْإِنْسانُ عَلى نَفْسِهِ بَصيرَةٌ وَ لَوْ أَلْقى مَعاذيرَهُ "Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!” (Qiyamət surəsi, 14-15). Bu üzdən Allah taala Qiyamətdə يا مَعْشَرَ الْجِنِّ وَ الْإِنْسِ أَ لَمْ يَأْتِكُمْ رُسُلٌ مِنْكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آياتي وَ يُنْذِرُونَكُمْ لِقاءَ يَوْمِكُمْ هذا "Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi?-deyə soruşarkən: "Onlar deyəcəklər: قالُوا شَهِدْنا عَلى أَنْفُسِنا وَ غَرَّتْهُمُ الْحَياةُ الدُّنْيا وَ شَهِدُوا عَلى أَنْفُسِهِمْ أَنَّهُمْ كانُوا كافِرين"Biz öz əleyhimizə şahidik!” (Peyğəmbərlər bizə pis işlərimiz barədə xəbərdarlıq etsələr də, biz onlara qarşı çıxıb günah işləməkdə davam etdik. Biz indi hər cəzaya layiqik). Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər.” (Ənam surəsi, 130). Yaxu da belə deyəcəklər: قالُوا بَلى قَدْ جاءَنا نَذيرٌ فَكَذَّبْنا وَ قُلْنا ما نَزَّلَ اللَّهُ مِنْ شَيْءٍ إِنْ أَنْتُمْ إِلاَّ في ضَلالٍ كَبير "Bəli, bizə (Allahın əzabı ilə) qorxudan peyğəmbər gəlmişdi. Amma biz (onu) yalançı sayıb demişdik: "Allah heç bir şey (vəhy) nazil etməmişdir. Siz sadəcə olaraq (haqdan) çox azmısınız!” (Mulk surəsi, 9-cu ayə). Başqa bir sözlə desək, onlar öz günahlarına etiraf və iqrar edəcəklər: فَاعْتَرَفُوا بِذَنْبِهِم "Və beləcə öz günahlarını etiraf edəcəklər…” (Mulk surəsi, 11-ci ayə). (Ğafir: 11; Muminun: 105-106; Nisa: 42; İsra: 14)

Qiyamətdəki şahidlərin vəsfi:

Şəhadətin həm Allah həm də bəndələr tərəfindən məqbul olması üçün şahidlərdə müəyyən sifətlər (şərtlər) olmalıdır. Əks-təqdirdə onların şahidliyi etibarsızdır:

1- Ədalət: Ədalətsiz şahid yalan və iftira (böhtan, şər) deyə bilər. O üzdən onun şəhadətinə etimad (etibar) etmək olmaz.

2- Əməlin müşahidəsi: Şahid (lehinə ya əleyhinə) şəhadət vərəcəyi adamın əməllərini (inanclarını, niyyətini və əxlaqını) görməlidir. Müşahidə etmədiyi şeylər barədə şahidlik edə bilməz.

3- Şahidin unutqanlıq (yaddaşsızlıq, huşsuzluq) qüsuru olmamalıdır: Qiyamət məhkəməsində şahidin unutqan olmaması önəmli xüsusiyyətlərindən sayılır. Çünki, ədalətlilik şahid durmaq üçün lazımdır, ancaq kifayət deyil. Unutqan insan bilə-bilə olmasa da unutqanlıq üzündən yalan danışa bilər. Unutqan insanın da şəhadəti qəbul olunan deyil. Qiyamət şahidi elə adam olmalıdır ki, dünyada və bərzəxdə (qəbir əzabının nəticəsində) unutqanlığa düçar olmamalıdır. Belə insanlar ilk növbədə peyğəmbərlər və məsum imamlardır.

Ədalət sifəti barədə bunu da əlavə etmək lazımdır ki, Şiənin (əqli (tutarlı dəlillərlə) və dini ədəbiyyatla isbatladığı) fikrincə imamlar həm ədalətli, həm də ədalətdən daha yüksək keyfiyyət sayılan ismətlidirlər.

İlahi məhkəmənin xüsusiyyətləri:

Birinci xüsusiyyət: Cəza əmələ uyğun olacaq: Əməllərdən başqa heç bir şey cəzalanmada rol oynamır. وَ كُلُّهُمْ آتيهِ يَوْمَ الْقِيامَةِ فَرْداً "Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək.” (Məryəm surəsi, 95-ci ayə), "Dünyada olan vasitələr qiyamətdə olmayacaqdır. وَ تَقَطَّعَتْ بِهِمُ الْأَسْباب və aralarındakı rabitə qırılacaqdır.(Bəqərə: 166) O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!” (Şüəra: 88-89). Deməli, dünyadakı məhkəmələrdə baş verən ədalətsizliklərə ilahi məhkəmədə əsla yol verilməyəcək. Dünyadakı məhkəmələrdə adətən aşağıdakı ədalətsizliklər olur:

Hiyləgərlik: Dünyadakı bəzi zalım cinayətkarlar cinəyətlərinin cəzasından qaçmağa çalışır. Amma İlahi məhkəmədə يَوْمَ لا يُغْني عَنْهُمْ كَيْدُهُمْ شَيْئاً وَ لا هُمْ يُنْصَرُون "O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır.” (Tur: 46).

Dostluq və tanışlıq: Dünya məhkəmələrində bəzən dostluq və tanışlıqla insanların hüququ tapdanır. Amma axirətdə dostluq və tanışlıq məfhumu itəcəkdir: يَوْمٌ لا بَيْعٌ فيهِ وَ لا خُلَّةٌ وَ لا شَفاعَةٌ"Alış-verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün (qiyamət günü)” (Bəqərə: 254).

Rüşvət: Dünya məhkəmələrindəki qanunların qatı düşmənlərindən biri də rüşvətdir. Rüşvət İslam dininə əsasən böyük günahlardan sayılır. Həzrət Peyğəmbər (s) Rüşvət verəni və rüşvət alanı lənətləmişdir

لَعَنَ اللَّهُ الرَّاشِيَ وَ الْمُرْتَشِيَ وَ الْمَاشِيَ بَيْنَهُمَا وَ قَالَ إِيَّاكُمْ وَ الرِّشْوَةَ فَإِنَّهَا مَحْضُ الْكُفْرِ وَ لَا يَشَمُّ صَاحِبُ الرِّشْوَةِ رِيحَ الْجَنَّةِ

Qiyamət günü heç kəsdən rüşvət alınmayacaq: وَ لا يُؤْخَذُ مِنْها عَدْلٌ"Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə (əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin!” (Bəqərə: 48).

Üzrxahlıq: Adi məhkəmələrdə bəzən məhkum üzrxahlıq etməklə (üzr istəməklə) günahının cəzasından yayınmağı bacarır. Amma İlahi məhkəmədə zalımların üzrxahlığı qəbul olunmayacaq: وَ اتَّقُوا يَوْماً لا تَجْزي نَفْسٌ عَنْ نَفْسٍ شَيْئاً وَ لا يُقْبَلُ مِنْها شَفاعَةٌ وَ لا يُؤْخَذُ مِنْها عَدْلٌ وَ لا هُمْ يُنْصَرُون (Bəqərə: 48) Qiyamətdəki üzrxahlığın faydası yoxdur. Çünki, insan orada çarəsiz qalıb üzr istəyə bilər. (və belə bir üzrxahlığın dəyəri yoxdur) Həm də üzrxahlıq, peşmanlıq, tövbə və buna bənzər işlər əməl hesab olunur. Axirət cəza yeridir. əməl yeri deyil. Bu üzdən Hz Peyğəmbər buyurmuşdur: شَرَّ النَّدَامَةِ يَوْمَ الْقِيَامَة (Kafi, cild 2, səh 82)

İkinci xüsusiyyət: Cəzanı pul ilə almaq mümkünsüz olacaq: Dünyadakı bəzi günahkarlar həbsə məhkum olurlar. Amma pul ilə öz cəzalarının icrasına mane olurlar. Yəni "fiyə verməklə” qanunun icrasından yayınırlar. Amma yuxarıda da qeyd etdik ki, ilahi məhkəmədə fidyə və… heç bir rol oynamayacaq. فَالْيَوْمَ لا يُؤْخَذُ مِنْكُمْ فِدْيَة "Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın bağışlanması üçün) heç bir fidyə qəbul olunmaz.” (Hədid surəsi, 15-ci ayə); "Əgər yer üzündə olanların hamısı, üstəlik bir o qədər kafirlərin əlində olsaydı və onlar bunu qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, yenə də onlardan (fidyə) qəbul olunmazdı. Onları şiddətli bir əzab gözləyir!” (Maidə surəsi, 36-cı ayə). Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını; Övrətini və qardaşını; (Çətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrabasını); Və yer üzündə olanların hamısını – təki özünü (Allahın əzabından) qurtarsın! Xeyr (bu mümkün deyildir). (Məaric-11-15).

Üçüncü xüsusiyyət: Hər kəs öz əməlləri üçün məsuliyyət daşıyacaq: Dünyadakı məhkəmələrdə bəzən əsl günahkar qaçır (yaxud gizlənir, gizlənilir!), onun yerinə başqasını təqsirləndirilib məsuliyyətə cəlb edirlər. Bəzən başqa bir şəxs günahkarın yerinə özü künüllü olaraq təslim olur. (Günahı öz üzərinə götürməklə əsl günahkarı cəzasından saxlayır). Məsələn rəis cinayət edir amma işçilərdən biri tutulur. Yaxud övlad cinayət törədir amma ata önu üzərinə götürərək övladının həbs olunmasının qarşısını alır. Amma ilahi məhkəmədə sadalananların heç biri tutarlı olmayacaq:كُلُّ نَفْسٍ بِما كَسَبَتْ رَهينَةٌ Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!) (Müddəssir: 38); وَ لا تَزِرُ وازِرَةٌ وِزْرَ أُخْرى "Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz.” (Ənam: 164); يَوْماً لا يَجْزي والِدٌ عَنْ وَلَدِهِ وَ لا مَوْلُودٌ هُوَ جازٍ عَنْ والِدِهِ شَيْئا"Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin.” (Loğman-33); لَنْ تَنْفَعَكُمْ أَرْحامُكُمْ وَ لا أَوْلادُكُمْ يَوْمَ الْقِيامَةِ يَفْصِلُ بَيْنَكُم "Nə (xatirinə Allaha və Peyğəmbərinə xəyanət etdiyiniz Məkkədəki) qohum-əqrabanız, nə də oğul-uşağınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən ayıracaqdır.” (Mumtəhinə: 3); فَلا أَنْسابَ بَيْنَهُمْ "Sur çalınacağı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar. (Qiyamət günü heç bir qohumluq fayda verməz, qohumlar

bir-birini tanımaz; hərə öz hayında olar).” (Muminun: 101). Orada məhz "Təqva” (Hucurat: 13), "pak qəlb” (Şuəra: 88-89) əhəmiyyət daşıyacaq.

Dördüncü xüsusiyyət: Hüquqlar qorunacaq: İlahi məhkəmədə heç kəsin haqqı itməyəcək. Hər kəs öz haqqını (istər cəza, istər mükafat) ən kamil şəkildə alacaqdır. (Zilzal surəsi: 7-8) "(Loğman öyüd-nəsihətinə davam edərək) dedi: "Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər).” (Loğman: 16) "Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.” (Fəcr-14).

Beşinci xüsusiyyət: İlahi məhkəmədə zülm olmayacaq: Dünya məhkəmələrində (müəyyən səbəblər ucbatından) bəzən cinayətlə cəza arasında uyğunluq olmur. Bəzən cəza cinayətdən çox olur bəzən az. Amma bunların heç biri İlahi məhkəmədə baş verməyəcək. (Nisa: 40; Ənam: 160; Yunus: 54; Ğafir: 17; Kəhf: 49).

Altıncı xüsusiyyət: Məhkəmə prosesinin sürətliliyi: Qiyamətdə məhkəmə prosesi ən kiçik müddətdə həyata keçəcək. (Ənam: 62; Bəqərə: 202). Qurani-Kərimdə سَريعُ الْحِساب"Allah tezliklə haqq-hesab çəkəndir!” sözü yeddi dəfə işlənmişdir.

İlahiyyatçı-yazar: Şəhriyar ƏLİYEV

Uluyol.az

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300