Rüşvət ictimai ədalətsizliyin bünövrəsidir

Mərhəmətli, rəhmli Allahın adı ilə! İslam dolğun bir din olduğundan insanların həm fərdi, həm də ictimai həyatını əhatə edir. İctimai qaydaları təmin edə bilən yeganə din də məhz odur. Qurani-kərim Peyğəmbərlərin gəlişi və səmavi kitabların hədəfini ictimai ədalətin icrası üçün olduqca səciyyəvi sayır: "And olsun ki, Biz Peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər.” (1)

   Əlbəttə islamın nəzərincə ümumi mənafe fərdi mənfedən daha önəmlidir. Peyğəmbərlər ictimaiyyət və fərdlər arasında paradoks yaranan zaman ümumi mənafeə üstünlük verməklə onu daha əhəmiyyətli sayıblar. Ona görə də bəzən ədalətin bərpası uğrunda şəhadətə də çatmışlar. Hz. Hüseynin (ə) qiyamı buna bariz nümunədir. İctimaiyyət arasında ədalətin bərpasının qarşısını alan əsas amil günah olduğu üçün burada onun haqqında bəzi məqamlara toxunmaq olar.

   Bir baxımdan günahları bir iki qismə bölmək olar: Bəzi günahlar fərdi təsirə malikdir. Məsələn, bir şəxsin gizli şəkildə şərab içməsi ona nümunə sayıla bilər. Şübhəsiz şərab o şəxs üçün zərərlidir. Lakin o zərərin cəmiyyətə heç bir təsiri yoxdur. Digər qisim günahlar isə fərdi zərərlə yanaşı ictimai təsirə də malikdir. Məsələn, oğurluq və riba kimi gunahlar fərdi baxımdan Allahın əmrinə itaətsizlik, ictimai baxımdan isə xalqa zülm etməkdir.

  Rüşvət də ictimai təsirə malik olan günahlardandır. İnsanın üzləşdiyi hər bir şey nəzərində haqqı batil və ya batili doğru kimi cilvələndirməklə onu haqq və ədalətdən sapdırmaq məqsədi daşıyırsa, o, rüşvət adlanır. Tərifə əsasən rüşvətin mənfi əhəmiyyət daşıması, onun insanı doğru yoldan sapdırmasına görədir. Hədiyyə də rüşvət məqsədi ilə verilərsə haram sayılır. Rəvayətə əsasən Allah rüşvətverən və rüşvət alanı lənətləyib. Onlar Allahın qəzəbinə məruz qalar, cənnətin iyini duymazlar. Hz. Peyğəmbərdən (s) nəql olunan bu kəlamda rüşvətin məhz fərdi təsirləri vurğulanıb. Rüşvət ictimai ədalətsizliyin bünövrəsidir. Rüşvət, xalq arasında müəyyən hədəfə çatmaq üçün aidiyyatı olanlara pul vermək, hər hansı bir işi icra etmək, onları tərifləyib böyük saymaq və sair şəkillərdə həyata keçir. Bütün din alimləri isitsnasız olaraq hər bir sahədə rüşvəti haram sayır. Amma insanın öz haqqını əldə etməsi üçün, rüşvət verməkdən başqa çıxış yolu qalmayıbsa, rüşvət icazəli sayılacaq. Alimlər rüşvətin haram olduğunu təsdiqləyən dəlilləri, Quran və hədislərdən əxz ediblər. Qurani-kərimdə "rüşvət” kəlməsi yoxdur.    Bəzi təfsirçilərin nəzərincə Quranda ifadə olunan ("Maidə” surəsi 42-ci ayə) "suht” və "idla” ("Bəqərə” surəsi 188-ci ayə) kəlməsi rüşvətə və onun haram olduğuna aiddir. Quran insanları səadət yoluna hidayət edən, o yolun maneələrini tanıtdıran bir kitabdır. Səadət və tərəqqiyə mane olan amillərdən biri də hər bir insanın hüquqlarını ayaqlamaqdan ibarətdir. Haramxorluq - rüşvət, qanunlara xəyanət edən və ictimai ədalətə zərbə vuran təhlükəli düşməndir. Ona görə də Qurani-kərim insaları açıq-aşkar ondan çəkindirir: "Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!” (2). "Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!” (3). "Onlar yalana qulaq asanlar və haram yeyənlərdir….” (4). "Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən görərsən. Onların gördüyü işlər necə də pisdir!” (5). Rüşvət barədə olan hədisləri nəzərdən keçirsək onların iki qismə bölündüyünü görərik: 1. Rüşvət küfr və şirkdir. 2. Rüşvət əhlinə Allah və Peyğəmbəri (s) lənət edib. Peyğəmbər (s) buyurub: "Allahın lənəti olsun rüşvətverənə, rüşvət alana və onların arasında vasitəçilik edənə” (6). "Mühakimədə rüşvətverənə və rüşvət alana Allahın lənəti olsun” (7). İslamdan öncə də müxtəlif millətlər arasında müzakirə edilən rüşvət məsələsi cinayət və günah sayıldığı üçün o dövrlərin qanunverici orqanların diqqətini özünə cəlb edirdi. Onlar da bu fəsadı aradan qaldırmaq üçün müxtəlif tədbirlər görürdülər. Müqəddəs islam dini də bu fəsadı rədd edib onunla ciddi şəkildə mübarizə edir. İmam Əli (ə) zülm, sitəm və haqsızlıqdan uzaq olmağin zərurəti barədə buyurur: "And olsun Allaha ki, gecəni (iti tikanları olan) dəvətikanının üstündə oyaq keçirməyim və (əl, ayaq və boynumun) zəncirlə bağlanaraq öldürülməyim, mənim üçün qiyamət günü Allah və Peyğəmbərə, bəndələrin bəzilərinə zülm edib dünya malından bir şey qəsb etmiş halda qovuşmaqdan daha xoşdur” (8). "Sizlər (məndən əvvəlki xəlifələrin tutduğu yoldan) bildiniz ki, camaatın namusuna, canına, qənimətlərə və İslamın hökmlərinə hakim, müsəlmanlara İmam olana paxıllıq yaraşmaz ki, onların malını toplamağa tamah sala...”! (9).

Əlavələr və qeydlər:

1. "Hədid” surəsi, 25-ci ayə.

2. "Bəqərə” surəsi, 188-ci ayə.

3. "Tövbə” surəsi, 33-cü ayə.

4. "Maidə” surəsi, 42-ci ayə.

5. "Maidə” surəsi, 62-ci ayə.

6. "Səfinətül-bihar” səh: 523.

7. "Məbsut” səh: 151.

8. "Nəhcül- bəlağə” 224- cü xütbə.

9. "Nəhcül- bəlağə”, 131-ci xütbə.

"Rişve və əhkame an dər feqhe islami”.


 

İlahiyyatçı-yazar: Şəhriyar ƏLİYEV
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300