Mərhum jurnalistin kitabı hazırlanır  

 

Mərhum jurnalist Zabil Müqabiloğlunun kitabı dərc olunacaq. Kulis.az-ın verdiyi xəbərə görə bu barədə jurnalistin bacısı Sevinc Əliyeva ATV.az-a məlumat verib.

 

O, təşəbbüsün necə yaranmasından söz açıb:

 

 

"Zabil şeirlər və hekayələr yazırdı. Onun bir neçə şeir və hekayələri həyatı kimi yarımçıq qaldı. Digər tərəfdən, istədim ki, Zabilin bir çox yaxın jurnalist dostları onun haqqında maraqlı xatirələrini yazsınlar.

 

Zabil çox vətənpərvər insan idi və ən böyük arzulardan biri Qarabağa, doğma Zəngilana qayıtmaq idi. Təəssüf ki, ömür vəfa eləmədi. Buna görə Zabilin kitabının çıxması üçün çox çalışdım. İnşallah 2018-ci ilin fevral ayında kitab dərc olunacaq”.

 

Qeyd edək ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin Jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. "525-ci qəzet", "Avropa", "Tərcüman", "Yeni Müsavat" qəzetlərində çalışıb.Z.Müqabiloğlunun son iş yeri isə təsisçisi olduğu gunxeber.com saytı olub.

 

Uzun müddət qaraciyər xəstəliyindən əziyyət çəkən Z.Müqabiloğlu 2017-ci il fevralın 27-də vəfat edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300