"Bakı Milli Televiziyasl” İA-nin heyəti adından MÜRACİƏT

Azərbaycan Respublikasının

I-ci Vitse prezidenti

Mehriban xanım Əliyevaya


Surəti:

Azərbaycan Respublikasının

Baş prokuroru

cənab Zakir Qaralova

Surəti:

Azərbaycan Respublikasının

Daxili İşlər naziri

general polkovnik

Ramil Usubova

                                    Müraciət

"Bakı Milli Televiziyası” İA-nin redaktoru Cabbarov Aydın Ağazaman oğlu 18 dekabr 2017-ci il tarixdə təxminən 13.10 radələrində Yasamal rayonu ərazisindəki 19 saylı polikninikada ürəyini növbəti müayinə etdirmək üçün öz avtomobilindən düşərkən mülki geyimdə olan 4 nəfər şəxs tərəfindən zorla ona məxsus KİA markalı, 90 RA 778 dövlət nişanı olan avtomobilinin arxa oturacağına zorla basılaraq. Özləri də avtomobili idarə etməklə naməlum istiqamətə aparılmışdır.

Bu barədə Redaksiyanın ünvanına onu xəstəliyi ilə əlaqədar müşayiət edən tanışı xəbər verəndən sonra A.A.Cabbarovun axtarışı ilə məşğul olmağa başladıq.

İlk növbədə ərazi üzrə Yasamal RPİ-nə yaxınlaşdıq. Növbətçi hissədən nə A.A.Cabbarovun nə də ona məxsus avtomobilin ora gətirilməməsi bildirildi. A.A.Cabbarovun qeydiyyat yerinin Yasamal RPİ-nin 28-ci PB aidiyyatına olduğunu nəzərə alaraq ora müraciət etməyimizi bildirdilər.

Yasamal RPİ-nin 28-ci PB-nin növbətçi hissəsindən də eyni cavab aldıq. Oradan bildirdilər ki, 19 saylı polikninika Yasamal RPİ-nin 29-cu PB-nin ərazisinə daxildir. Oradan nəsə öyrənə biləcəyimiz məsləhət olundu.

Yasamal RPİ-nin 29-cu PB-nin növbətçi hissəsindən də bu barədə məlumatsız olduqları bildirdilər.

Bundan sonra DİN-nin 102 xidmətinə 15:40 radələrində (növbətçi Məmmədova) məlumat verməli olduq. Məlumat alındıqdan sonra bizimlə əlaqə saxlanılacağı bildirildi. Lakin 1 saat ərzində xəbər olmadıqda biz yenidən 16.40 radələrində 102 xidmətinə (növbətçi Hüseynova) müraciət etməli olduq. Bizi sakitləşməyi və bir az da gözləməyimiz məsləhət görüldü.

1 saat ərzində xəbər çıxmadığından 17.40 radələrində yenidən 102 xidmətinə (növbətçi Məmmədova) müraciət etməli olduq. Bu dəfə bizə bildirildi ki, Yasamal RPİ-nin 29-cu PB-də araşdırma aparılır. Oradan bizə məlumat veriləcəkdir.

Bundan sonra biz Yasamal RPİ-nin 29-cu PB-nə gəldik və özümüzü təqdim etdik və bizə növbətçi hissədən 102 xidmətindən daxil olmuş məlumatdan xəbərdar olduqlarını bildirdilər. Nəticəsi barədə məlumat verəcəklərini bildirdilər.

19.30 radələrində A.A.Cabbarov telefonla zəng edib bildirdi ki, azad olunub və evə getdiyini bildirdi. Evə gələndə o, bildirdi ki, Banditizm və Cinayaətkarlığa qarşı Mübarizə İdarəsinə aparılıb. Daxil olmuş şikayətlə bağlı saxlanıldığını, izahatının alınmadığını və sonda avtomobilinin və şəxsiyyət vəsiqəsinin alınaraq orada saxlanmasını bildirdi. Sabah səhər saat 10:00 da ora getməsi haqqında iltizam aldıqlarını da bildirdi.

19 dekabr 2017-ci il tarixdə 10:00 da A.A.Cabbarov yenidən ora getmiş və ondan tələb edilən bütün sənədlərə baxış keçirilmiş, yenə də izahatı alınmadan 3 saata yaxın orada saxlanmışdır. Yenə də şəxsiyyət vəsiqəsi və avtomobili orada saxlanmışdır. Orada avtomobilin təcili satılmasını A.A.Cabbarova təkidlə bildirilmiş və əks təqdirdə özləri həmin avtomobili satışa çıxaracaqlarını bildirmişlər. Bundan sonra o, təxminən 12.30 radələrində oradan buraxılmışdır.

20 dekabr səhər təxminən saat 09.15 radələrində (050) 368 56 14 nömrəli əl telefonundan A.A.Cabbarova məxsus (077) 493 78 65 nömrəli əl telefonuna işi aparan Elman Bayramov kimi özünü təqdim edən şəxs ona zəng edərək onun yenə də ora gəlməsini təkid etmişdir.

A.A.Cabbarova qarşı behin qaytarılması ilə bağlı olan şikayət mülki işdir. Hətta bu barədə BBPİ-nin və 2 dəfə 28-ci PB-nin və 29-cu PB-nin tədqiqatçıları da cinayət işinin rədd edilməsi barədə qərarlar da vermişlər. Şikayətçinin dəfələrlə etdiyi şikayətlərdə verdiyi izahatları dəyişdirməklə, A.A.Cabbarovun isə hər dəfə ora gedərək yenidən izahatlar verməsinə baxmayaraq, bu dəfə adı qeyd edilən idarədə ona qarşı dələduzluq faktoru ilə cinayət işi qaldırmaqla hədələyirlər. A.A.Cabbarovun behin qaytarılmasına 5250 (beş min iki yüz əlli) manat olan borcunu artıq təxminən 27000-ə qaldırmaqla avtomobolini satdırmaq istəyirlər.

Himayəsində kiçik yaşlı qızı və xəstə (1933-cü il) anası var. Həyat yoldaşı vəfat edib. Sosial vəziyyəti ağırdır. Yeganə avtomobili onun bu gün evinə çörək gətirəndi.

 

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Bakı Milli Televiziyasl” İA-nin bütün heyəti adından Xahiş edirik, Cabbarov Aydın Ağazaman oğluna qarşı edilən təzyiqlərə son qoyulmasında, ədalətli araşdırma aparılmasında ona köməklik göstərəsiniz.

 

Hörmətlə: "Bakı Milli Televiziyası” İA-nin Baş redaktoru Nişad Mehdiyev

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300