El bir olsa ,dağ oynadar yerindən...
    Dəyərli Ulu Millətim!1 noyabr 2015 ci ildə Azərbaycan Parlamentinə namizədliyin verən hər bir vətəndaşın nəzərinə çatdırmaq istəyirəm ki,illər boyu Azərbaycan Parlamentində rahat əyləşib,öz rahatlığın əldə edən insanlar əllərində olan fürsətdən istifadə edib çatışmazlıqların aradan qaldırılmasına səyləri sıfra bərabərdir.O qədər çatışmazlıqlar var ki,bu gün yenə o çatışmazlıqdan istifadə edib insanlara boş vədlər verməklə məşğul olmaqdansa,qol çırmalayıb,Xalqın mənafeyi uğrunda çalışmaq lazımdır.

 Milli Məclisə namizədliyin verən hər bir insan çox gözəl olardı ki,qanunlarımızın bir mənalılı olaraq Xalqın rifahın yüksəldəcək,yeni ideya və praqramla çıxış etsin.20 ildən artıq dır ki,torpaqlarımızın 20 faizi erməni quldurları tərəfindən iğal olunub.Bu gün bu yaralı dərdimizdən istifadə edərək,məntiqsiz şüarlarla xalqın səsin qazanmaqdan əl çəkin .

  Bəli,Qarabağ torpaqlarımızın azad olunmçası ən vacib məsələlədir.Torpaq namus-qeyrətdir.İllər boyu boş-boş vədlər verib,Parlamentə deputat təyin olunmaqla Qarabağı geri qaytara bilməyəcəksən.

   Dəyərli ,Millətim!Neftçala rayon Aşağı Qaraimanlı kəndində neçə illərdir deputat mandatına sahib olan hörmətli A.Rəhimzadə insanlarla görüş keçirirdi.Kəndimizin dəyərli oğlu,Qarabağ müharibəsində könüllü iştirak edən və yaralanan,ölümdən dönən Allahın rəhmətinə qovuşan Arif Quliyev həmin yığıncaqda Arif müəllimə çox gözəl sual verdi." Hörmətli Arif müəllim,siz Parlamentə yenidən namizədliyinizi verəndə söz vermişdiz ki,kəndimizə qaz çəkiləcək.Bir neçə maşın turba gətirib tökdünüz.(Turbaların töküldüyü yeri göstərdi.)Seçki qurtardıqdan sonra qaz turbaları yoxa çıxdı.Bunu necə izah edə bilərsiz?" Cavab isə "Gedin turbaları aparanı verin məhkəməyə"

  Hörmətli Arif müəllim sizə sual verən insan Allahın rəhmətinə qovuşub.Lakin onun söylədiyi söz hələdə insanlar tərəfindən unudulmayıb.Bu söz-söhbətlər qurtarmadan Bankə qəsəbəsində olan görüşünüzdəki hadisəni söyləməyə xəcalət çəkirəm.
Gəlin Xalqımızn rifahı üçün səmimi ortam yaradıb ,çalışaq.Dövlətimizi,iqtisadiyyatımızı gücləndirək

Təklif etdiyim proqramlar:

1) Qarabağın həlli yolu
2)İşsizlik
3) ögey münasibət
4)əxlaq faciəsi
5) torpaqdan düzgün istifadə ,dövlətin inkişafı

 Bu sadaladıqlarım nə qədər real həqiqət olmasına istəyirsinizsə mübarək qurban bayramında ( 25sentyabr tarixində internet qəzetlə) ölkə ictimaiyyətinə və ölkə başçısına yazdığım açıq məktubu oxuyun.

Azərbaycan Konstitusiyasında öz həllin tapmayan çox vacib məsələ olan gözəl təkliflər ,Azərbaycan xalqının rifahının yüksəlməsinə qulluq edəcək.İnsanlara biganə yanaşmaq olmaz.İlk olaraq insanlarda seçkilərə inam yaratmaq lazımdır.Bu gediş bizə heç də yaxşı vədlər vermir.

Hər bir Azərbaycan vətəndaşının təklif və ideyalarının ,yəni dövlətin inkişaf yolu praqramı adı ilə: əkinçilik,heyvandarlıq,toxumçuluq,balıq və arıçılıq,bağbançılıq və s. Bu sahələri bilən vətəndaşların fikirlərinə gözəl yanaşmaq və  praqramın sahibinə mükafat verməklə insanlarda yeni bir baxışın qapısın üzlərinə açmış oluruq.Bu yol həmdə insanların mariflənməsinə,Vətənə sevgi,məhəbət yaradacaq.

Neftçala rayonunda min tonlarla nar var.Nar kombinatı yaratmaqla həm iş yeri açılar,həm də məhsullar tələf olmaz.Hal-hazırda Neftçala rayonun sosial -iqtisadi inkişafı praqramı hazırdır.Məsələn kəndimizdə Kür çayı ada yaradıb.Və həmin adada Balıqçılığın,quşçuluğun və ətraf ərazilərdə zığ sularının təmizlənməsi layihəsi hazırdır.

Milləti üçün iş görmək istəyən vətəndaşın qarşısın kəsmək yox,onun təkliflərin dinləyib,dəstək olmaq lazımdır.
 
 HACI XALİD 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300