Bir vaxtlar gözəlliyindən ağız dolusu danışdığımız Qarabağ artıq filmlərdə gördüyümüz, qurd-quş ulayan, viranə qalmış diyarlardan heç də fərqlənmir. Dünyanı gəzən həmyerlilərimiz ən ucqar nöqtələrin şəkillərini çəkib paylaşa bildiyi halda, Qarabağ onlar üçün əlçatmaz olub. Belə ki, Qarabağı qiyabi olsa da, xarici jurnalistlərin, dünya səyyahlarının ora etdikləri səfərlər zamanı çəkdirdikləri şəkil və videolardan görürük.

"Qafqazinfo" xəbər verir ki, bu yaxınlarda ikinci dünya səyahətinə çıxan yapon səyyah Yusuke Watanabe Azərbaycanda da olub. Bu vaxt azərbaycanlı dostlarından Şəfəq Əskərova səyyahdan Qarabağa getməyini xahiş edib. Bakını və qonaqpərvərliyimizi sevən səyyahın Qarabağ məsələsi diqqətini çəkdiyi üçün mütləq oraya gedəcəyini bildirib.

Qarabağda olan zaman Yusuke gördüyü mənzərədən şoka düşüb. Səyyahdan Qarabağı necə gördüyünü soruşanda bu mənzərələri ancaq bir cümlə ilə ifadə edə biləcəyini söyləyib: "Qafqazın Xerosiması”.

Yusuke Ağdamdan çəkdiyi videonu "Qafqazinfo"ya göndərib.

Səyyahın sözlərinə görə, sərhəddi keçəndən sonra oranı bir əsgərlə gəzib. Dil probleminə görə əhali ilə ünsiyyət qura bilməyib.

Səyyahın dekabrda Qarabağdan çəkdiyi fotoları və Ağdamdan lentə aldığı videonu təqdim edirik:

Günel Hacı

Yapon səyyah Ağdamdan şok fotolar göndərdi - Video
Yapon səyyah Ağdamdan şok fotolar göndərdi - Video
Yapon səyyah Ağdamdan şok fotolar göndərdi - Video
Yapon səyyah Ağdamdan şok fotolar göndərdi - Video
Yapon səyyah Ağdamdan şok fotolar göndərdi - Video
Yapon səyyah Ağdamdan şok fotolar göndərdi - Video
Yapon səyyah Ağdamdan şok fotolar göndərdi - Video
Yapon səyyah Ağdamdan şok fotolar göndərdi - Video

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300