Baş redaktor: "Sayt rəhbərlərindən, tanınmış simalardan Mətbuat Şurasının qanunsuz fəaliyyətini ifşa etmək üçün dəstək istəyirəm"

12 il bundan əvvəl Rəsul Quliyevin uğursuz dönüşündən iki gün sonra ciddi hadisələr başladı. Oktyabrın 19-da bir qrup hökumət üzvü və yüksək vəzifəli məmur hakimiyyətin zorla ələ keçirilməsinə cəhddə ittiham olunaraq həbs edildi. İqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı, "Azpetrol” şirkətlər qrupunun prezidenti Rafiq Əliyev, hakim partiyanın yaradıcılarından biri, səhiyyə naziri Əli İnsanov, Prezident Administrasiyasının təsərrüfat işləri müdiri Akif Muradverdiyev, "Azərkimya” Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqov, sabiq maliyyə naziri Fikrət Yusifov, Milli Elmlər Akademiyasının prezidenti Eldar Salayev «cinayətkar şəbəkə»nin nümayəndələri kimi həbs olundular.


Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin ictimaiyyətə açıqladıqları birgə məlumatda həbs olunanların dövlət çevrilişinə cəhd, dövlət əmlakını talamaları, səlahiyyətlərindən sui-istifadə etmələri qeyd olunurdu. Həmçinin bildirilirdi ki, həmin şəxslər hakimiyyətin zorla ələ keçirilməsi üçün Rəsul Quliyevlə cinayət əlaqəsinə giriblər. «Dövlət çevrilişi»ndə ittiham olunaraq neçə-neçə insan həbs edildi, vəzifəsindən kənarlaşdırıldı. Hətta «İki Sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin qardaşı, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin rəis müavini İlqar Rəhimzadə polis qüvvələrinin dislokasiyası barədə məlumatları ADP sədrinin rəssam tanışı Sabir Baxşəliyev verməkdə ittiham olunaraq cəzalandırılıb .Bunları yazmaqda məqsədim odur ki,mən səxsən bilmək istərdim bu gün biz Cənab prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiyimiz üçün yoxsa Şəhid ailəsini müdafiə etdiyimiz üçün, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mətbuat Şurasında yaradılmış komissiyaların başında oturaraq bizi (nia.az saytını) qara siyahıya salıb? Hakimiyyətə qarşı radikal mövqeydə dayanan Rəhimzadələrin bu gün bəzi rüşvətxor məmurların sifarişlərini icra edərək, Prezidentin siyasətini dəstəkləyən saytlara qara yaxmaları və jurnalistləri şantaj etmələri cavabsız qalmamalıdır.Dövlətə və ölkə başçısına xəyanət edənlərin bu gün Mətbuat Şurasında bir qrup yaradaraq sayt rəhbərlərini ləkələməyə cəhd etmələri diqqətdən yayınmamalıdır. Korrupsiyalaşmış bir qurumun başında duranlar cəmiyyətdə nifrət qazanıblar və onlar kirli pullarla dövlətin maraqlarına qarşı planlarını davam etdirirlər.

Mən sayt rəhbərlərindən, tanınmış simalardan Mətbuat Şurasının qanunsuz fəaliyyətini ifşa etmək üçün dəstək istəyirəm. Qoy hamı bilsin ki, böyük var dövlət sahibi olan MŞ-nın saxtakar, mətbuatdan bixəbər üzvləri şuranı necə korrupsiyalaşmış quruma çeviriblər.

Bəhruz Əliyev
Nia.az saytının baş redaktoru

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300