Parta və çanta problemləri: 574 məktəblidə onurğa əyrilikləri aşkarlandı

 

Mingəçevir və Yevlaxda məktəblilər müayinə ediliblər. 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanıb.

Bu barədə virtualaz.org saytına İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat veriblər.

"Məktəbyaşlı uşaqlar arasında onurğa əyriliyinə daha çox rast gəlinir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Yevlaxda 33 orta məktəbdə skoliozun profilaktikası üzrə müayinələr təşkil edib. Müayinələrə 9228 şagird cəlb olunub, 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanıb”, -xəbərdə deyilir.

Müayinəyə gələnlərin 567 nəfərində skolioz, 16 nəfərində kifoz, 4 nəfərində isə onurğa deformasiyaları aşkarlanıb. Bundan əlavə, 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyillilik olduğu müəyyən edilib.

Məktəbyaşlı uşağın yazı masasının onun yaşına və boyuna uyğun quraşdırılmasının, məktəbli çantasının ağır olmamasının əhəmiyyəti haqqında məlumatlar verilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300