Türk Yurdu -Güney Azərbaycan

Azərbaycan, Oğuz Türk Yurdu, ərlərin, ərənlərin torpağı, başı bəlalı vətənimdir. Tarixin hər dönəmində düşmənə yağlı tikə kimi görünən torpağımız yağı düşmanın daima hədəfi olmuşdur. Amma biz Oğuz Türklərinin çox gözəl ata sözümüz var: "Aləmdə şər, oğuzda ər tükənməz”. Bu dəyərli sözlərin Dədəmiz Qorquda aid olduğunu da söyləyənlər var . Həqiqətən çox dəyərli və doğru sözlərdir. Mən hər zaman bu düşüncədə olmuşam. Türk yurdunun, obasının qoruyan ərlər, igidlər və xanımlar, xatunlar var olduqca Turk yurdu var olar. Hər zaman bunun önəmini anlamalı və bu bilinclə yaşamalıyıq.(1) Bu vətəni qorumaq bizlərin borcudur. Vətən torpağının bütünlüyünü yenidən bərpa etməkdə bizim əsas vəzifəmiz olmalıdır. Bütöv Azərbaycanın, türk yurdumuzun parçalanmış halı həqiqətən insanın qəlbini parçalayır. Bizim söz haqqımız olmadan torpağlarımızın yad qüvvələr (farsla,ruslar və ermənilər) tərəfindən bölünməsini qəlbimdə açdığı yaranın acısını, bu nacizanə misralarımda əks etdirirəm:
Parçalanmış doğma yurdum,
İlk beşiyim,son mənzilim,
Atalardan yadigarsan,
Yad əlində İrəvanım,
Həsrət dolu Kəkükümsən.
Boynu bükük Qarabağım,
Gözü yolda Təbrizimsən.
Sən Türk eli,Türk yurdusan!

Dəyərli həmvətənlərim, bizdən ayrı düşən vətən torpağlarımız unutmamalıyıq. Soydaşlarımızın yaşadığı tarixi torpağlarımızda, öz yurdlarında məruz qaldıqları zülmə göz yumarıqsa, onlara qarşı xainlik etmiş olarıq. Bu gün Kərkükdə axan qan, Qarabağda əsir düşən ana-bacılarımızın, qardaşlarımızın taleyi, Güney Azərbaycandakı soydaşlarımızın məruz qaldıqları fars zülmü bizim əsas milli dərdlərimizdən, problemlərimizdəndir . Tarixi torpaqlarımız və soydaşlarımız Azərbaycanımızın əsasıdır. Çünki, bu torpaqların sahibi bizlərik. Bu yazımda sizlərə Azərbaycan Türklərinin torpağı olan, ümumilikdə Türk mədəniyyətimizin mərkəzi hesab ediləcək tarixi zənginliyə, mənəvi ruha malik olan Güney Azərbaycanımızdan və ordaki soydaşlarımızdan bəhs edəcəyəm. Müasir dönəmdə farslar tərəfindən məruz qaldıqları zülümdən və görməzdən gəlinən aci həqiqətlərdən söz açacağam.
Sizlərində bildiyi kimi tarix boyu farslar Türk millətinə qarşı daima gizli və açıq şəkildə bir düşməncilik güdmüşdür. Bu yolda farslara zaman-zaman ərəblər, özəlliklə tarixçi adlandırılan ərəblərdən bəziləri dəstək olmuşdur. Buna örnək olaraq İbnül-Esrin(İzzəddin İbn əl-Əsir) adını çəkə bilərik. Beləki, böyük ərəbdən olma-kürd tarixçisi İbnü’1-Esir belə yazar: Səlçuklu sultanı Toğrul’a İran’da nəfis bir badəm tatlısı – şirniyyatı olan lavzinec ikram etdiklərində, bunu şapır -şupur mədəsinə endirib "İyi bir tutmaçdır (tutmac anadolu türklərinə aid ayranlı bir çorbadır), amma içində sarımsaq yoxdur” dedi. Baxın bu, XI. yüzildə Türklərin farslara necə göründüyünü əks etdirən bir tablodur. Nəfis yemək bişirmə sənətindən belə anlamayan barbar bir millət. Gərçəkdə burada dilə gətirilmiş olan aşağılama, eyni ilə xalqlar arasında var olan hər türlü nifrət kimi bilgisizlikdən qaynaqlanmaqdadır. Özlərini həddindən çox dərəcədə öz kültürlərinə-mədəniyyətlərinə bağlamış olan şovnist, faşist farsların, VIII. yüzildə tikilmiş Orhon yazıtlarından da, bunların qeyri-adi gözəllikdə ədəbiyyat əsərləri olduğundan da xəbərləri yox idi. Bir qismini Kâşgarlı Mahmud’un yazıya aldığı əski Türk dəstanlarını bilmirdilər, çox zəngin Uygur Türk ədəbiyatını heç tanımırdılar. Məlumdur ki,farsların çoxunda Türklərə qarşı nifrət bu günə qədər öz hiddətini qoruyub saxlayır. Örnək olaraq, Fahrüddin Şâdmân’ın Teshir-i temeddün-i Frengi başlıqlı kitabında bu nifrət bu sözlərlə dilə gətirilir: (Tahran 1948, s. 24)(2) "Avropalılar nə yalın ayağ, aç ve köçəri Ərəblərə, nə də düzənlədikləri basqın və qətliamlardan sonra atlarından enib bir süre dincəlince bizim naxışlarımızın və bağça şənliklərimizin büyüsünə qapılan,təsirində qalan… daha sonra da Mevlâna Cəlâleddin-i Rumî’nin, Sədî’nin, Hânz’ın şeirləriylə əhîlləşən içkici, qana susamış Türk ve Moğollara bənzərlər..”(3). Bu sözlərdən bəlli olur ki,farslar hələ də Tarixi bilmir və Orhon kitabələrindən,qədim Türk dastanlarından ya xəbərləri yoxdur ya da fəsdalıqdan və Türklərin minilliklərlə onlara hökm etməsindən irəli gələn əzikliklə bu həqiqətləri görməzdən gəlirlər.
Bu gün xəritələrdə ”İran” olaraq adlandırılan Güney Azərbaycan özbə öz Türk yurdu, Azərbaycan türklərinin torpağıdır. Əslində İran adının tarixə nəzər saldığımızda bir uydurmadan ibarət olduğunu görərik . Bəzən, İran adının mövcud olma tarixini M.S. V-VI. yüzillərdə Sasanilər zamanında qələmə alınmış "Avesta”dakı mifolojik "İranviç” adı ilə bağlaşlandırılmışdır(4). Ancaq "Avesta” araşdırmacısı, illərdən bəri bu abidəni araşdıran və İran üniversitetlərində "Avesta” Pəhləvicəsinin hocalığını ,müəllimlikliyini edən Prof. Dr. Hüseyn Düzgün’ə görə, "İranviç” günümüzdə uydurulmuş yapay-sonrdan uydurulan kəlimədir və "Avesta”da belə bir ad yoxdur.(5) "İran "adı əslində folklorik,mifoloji bir qavramdır. Bəzi araşdırmacılar hesab edir ki,” İran” sozü Fars şovnizminin babası Firdövsi tərəfındən qələmə alınmış bir əfsanədəndir. Fars milli ruhunu yüksəltmək üçün Firdovsi’nin mifologiyaya dayanaraq, bəzən də öz xəyal gücünün ürünü olaraq yazdığı "Şəhnamə” əfsanələri, İran-Turan savaşlarını yansıtmaqdadır. Əslində əsərdə bəhs edilən İran somut-həqiqi tarixdə var olan bir qavram deyil. Buna görə də, araşdırmacılar bəzən Farsistan’ı İran, Azərbaycan’ı Turan saymış, bəzən də Farsistan, Pakistan və Əfganıstan, Tacikistan’la birlikte İran, Orta Asya Türk Cumhuriyyətlərini də (Türkistan)Turan hesab ,qəbul edmişlərdir. Ama əski tarixi-coğrafi qaynaqların heç birində İran adı qeyd edilməmiş,sadəcə mifolojik qavram olaraq "fasların yaşadığı yer "olaraq bəhs edilmişdir. Örnəyin, Firdovsi’dən bir dönəm sonraya aid Mahmut Kaşğarlı’nın "Divanü Lüğat-it-Türk” (XI. yüzil) əsərinə əlavə edilmiş, dünyanın bilinən ilk Türk xəritəsində Azərbaycan, Xorasan, Kirman, Fars, hətta Cabarka (Yaponiya) göstərildiyi halda, "İran "ismi göstərilmirdi. Amma nədən İran ismi göstərilmirdi?.Halbuki,Kaşğarlı bu coğrafiyanı çox gözəl bilir və burda var olan coğrafi məkanlara və adlarına bələd idi. Hətta , "Divanü Luğat-it-Türk”ün əlimizdəki nüsxəsini XIII. yüzildə çəkən Mehmet bin Abubekr Savəli Güney Azərbaycan’ın Savə (Ərak yakınlığındadır) kəndindəndir, yəni, İranı da tanımalı və tanıtmalı idi.Ama xəritədə İran yoxdur,Çünkü bu "iran ” sözü o dövürdə bir mifolojik qavram olub nə siyasal, nə də coğrafi baxımdan gerçəyi yansıtmırdı. Gərçək, xəritədə göstəildiyi kimi idi və bu torpaqlar iran yox Azərbaycan Türklərinin torpaqları idi.(6)
Antik dövürdən qalma bir gələnək olaraq Avrupalıların Persiya/Persian dedikləri dövlət/ölke XIX. yüzyilə qədər İran olaraq adlandırılmamışdır; hətta Güney Azərbaycanı bizdən ayıran rəzil və tarixin ən ədalətsiz müqaviləsi olan,”Gülüstan” Anlaşması’nın (12.10.1813) Rusca mətnində "Persidskoe qosudarstvo” (Persiya Dövləti) yazılmış, Farsca mətnində isə "Doulet-e Şahenşahi” (Şahlıq Dövləti) adı keçmişdir.(7). Sizlərə də bəlli olduğu kimi 997-ci ildən 1925-ci ilə qədər, yəni təxminən min il boyunca indi dünya xəritələrində İran adlanan torpaq Türk egemenliyi altında qalmışdır. Bu min il ərzində bu torpaqlarda saray vəordu mənsublarını ,soylu təbəqəni Türklər təşkil edirdi. Məhs bu səbəbdən Pəhləvî xanədanı dönəmində, yəni 1925-ci ildən sonra bu günümüzə qədər ,hal hazırda İran adlanan yerdə Türklüyün kültürəl etkinlikləri -gələnəksəl özəlliklər həmən bütövlüklə qadağan edilmişdir. Türklərlə əlaqədar hər cür mövzuda da bilimsəl araşdırma aparmaq çox çətinləşmişdir.( . Bunun səbəbi heç şübəsiz farsların Türklərin onlara yenidən hökm etməsinin önünü alma siyasətidir. Çünkü əhalisinin yarıdan çoxunun Türk millətinə məxsus olması və türklərin öz soyunu və dəyərlərini araşdırıb ,keçmişini unutmazsa yenidən küllərindən doğaraq onlara hökm edəcəyini farslar çox gözəl bilirlər.
"İran ” kəliməsi farslar hər nə qədər ” fars yurdu” kimi qələmə versələr də , Fars ölkəsi və ya Farsî anlamda istifadə edilməmişdir. İran’da hiçbir zaman "Pars” adlı bir yer və "Parsiyan” adlı bir qövüm, qəbilə olmamışdır .(Purpirar 1381/2002a: 155).(9)"İran” bir ölke adıdır (Heyet 1371/1993: 18).(10).
"İran” və ya "İranîlik” Fars və ya Farsî anlamını ifadə etmir. "Qafqaz ” kəliməsi deyincə nə qədər Gürcü, nə qədər Qabartay və ya Çeçen anlaşılırsa ,İran deyincə də o qədər Fars anlaşıla bilər. İran, Fars etnik qrupunun adı deyildir. Əgər "İran” adı ilə bir millət/etnisite ifadə ediləcəksə "Türk”ü ifadə etmək daha uygun olacaqdır.(11)

Bu fikrin nə qədər doğru,düzgün olduğunu İran adlanan yerin etnik tərkibini araşdırsaq daha aydın görərik.

” İran” adının mənasından və bu mövzuyla əlaqədar meydana gətirilən fikirlərdən bəhs etdik. İndi isə İran adlanan dövlətin və coğrafi alanın etnik tərkibindən bəhs edək.

İran adlanan fars dövləti heç bir zaman müasir çağda orda yaşayan insanların etnik tərkibinin araşdırılması mövzusunda maraqlı olmamışdır. Təbii onlar çox gözəl bilir ki, etnik tərkib olaraq tarix boyu bu torpaqlarda türklər (Azərbaycan Oğuz türkləri başda olmaqla) farslardan sayca daha çox olmuşdur. İran coğrafiyası, Anadolu kimi həm Türk soyları, həm də türk mədəniyyəti baxımından türk dünyasının bir parçasıdır. Hər türk boyundan insanın və bütün türk mədəniyyət ünsürlərinin yaşadığı qədim bir türk yurdudur.

Bəhs etdiyimiz torpaqlarda yaşayan əhalinin əsasını Azərbaycan Oğuz türkləri ilə bərabər, türkmənlər, Xorasan türkləri, Kaşkaylar, Halaçlar , Afşarlar, Qarapapaqlar, Bayatlar, Qacarlar, Şahsevənler, Şahayağı (Şayağı/Şayagı) türkləri, İsfahan (Orta İran) türkləri, Sungur türkləri yaşayır. Onlara belə fərqli adlarla adlandırmaq fikri də yenə farslara aiddir.Necə ki, Quzey Azərbaycan türklərini azərbaycanlı, digər Türk cumhuriyyətlərindəki türkləri qazax, özbək, türkmən, qırğız, tatar və.s adlandırıb ruslar bölməyə, milli kimliklərini unutdurmağa çalışmışdırsa, bu gün farslar da Güney Azərbaycandakı və bütünlükdə İran adlanan coğrafiyadakı türkləri bölmək üçün fərqli adlarla adlandırmışdırlar. İran türkləri, imparyalist güclər və onların yerli işbirlikçiləri tərəfindən "Azəri”, "Qaşqay”, "Şahsevən”, "Şayağı (Şaha yağı)”, "Qarapapaq” və.s kimi yaşadıqları coğrafiya, mənsub olduqları xanədan, keçmişdə yükləndikləri sosyal status və ya geyim parcalarının tipindən yola çıxılaraq dəyişik adlarla anılmaqla, fərqli xalqlar, millətlər kimi göstərilməyə çalışılır və beləliklə də farslardan sayca çox olan türk millətinin gücü parçalanmak istənilməkdədir.

İran adlanan, farslar tərəfindən siyasətlə idarə edilən ölkədə öz milli-etnik xalqlarını müdafiə edən bir çox güclər, o sıradan türkmənlər, Beluclar, Ərəblər,Lur, Gileki və Mazenderanive digər qruplar ümidlərini getdikcə Azərbaycan türklərinə bağlamağa başlamışlardır. Yalnız toplumsal gözləntisi olan, insan haqlarını müdafiə edən güclər içərisində də Azərbaycan türklərinin, son söz sahibi olduğu da bir həqiqətdir. Bu da çox təbiidir, çünki ölkədə farslarla rəqabətdə Azərbaycan türkləri başda, əsas (dominant) etnik rolu oynaya bilər.

Müasir çağımızda İran fars dövlətində əsas etnik rolu üstlənmiş olan farslar, müxtəlif səbəblərdən dolayı öz hegemonluqlarını itirmək təhlükəsini yaşayırlar. Bu durumda ulusal dəyişimi gərçəkləşdirmə gücü, daha çox Azərbaycan türklərinə məxsusdur; çünki mövcud sayısına, potensiyalına, milli gücünə, tarixdən qaynaqlanan sosyal-psixolojik xüsusiyyətlərinə və digər ünsürlərə baxıldığında Azərbaycan türkləri ilk sırada olmaqdadır. (12)

Fars şovnizmi həqiqəti gizlətmək üçün indiyədək İranda aparılmış olan nüfus sayımlarının heç birində milliyət məsələsinə toxunmamış və ölkədə türklərlə farsların dəqiq sayılarını göstərməmişdir. Fəqət bu rəqəm heç də bilinmir deyə düşünməyin . Məsələn, fars M. Şüar 1960-ci illərin ortalarında 22 milyonluq ölkə əhalisinin yarıdan çoxunun türk olmasını üzüntüylə, təssüfflə bildirir və onların danışdığı dili-türkcəni "dəfn etmək” haqqında fikir iləri sürmüşdur.(13 ). Artım sayına görə türklərin farslardan daha üstün olduğunu gözönündə tutarsaq,(14) hal hazırda say fərqinə görə türklərin sayısı farslardan daha fazla olmuşdur (əksi düşünülməz).

"1993- cü ildə Tehran və Təbrizdə yayımlanan çoxsayılı qəzetlərin yazdıqlarına əsaslanaraq, İran toplumunun 3/7 hissəsi və Tehran nüfusunun 3/5 hissəsi türkdür; başqa deyişlə, bugün İranın 63 milyonluq əhalisinin 27 milyonunun ana dili türkçədir. Bu o deməkdir ki, türklər nisbi olarak İran cəmiyyətinin çox hissəsini təşkil edir və sayları farsların sayından daha çoxdur. Eyni zamanda, ölkənin paytaxdı Tehranda yaşayan türklərin sayı bu şəhərdə yaşayan fars, kürd, bəluç və başqa dilli xalqların sayından çoxdur”(.15).

Tehranda yayımlanan "Həmşəhri” qazetinin fevral 1993-cü ilə aid sayılarının birində, hazırda İranda 80-ə yaxın ulus, xalq və etnik qrupun olduğu yazılmışdır; Azərbaycan türkləri bunların içərisində sayca ilk sıranı tutmaqdadır. Azərbaycan türklərinin sayı dəqiqləşdirilməsə də, bu sayı türkmən türkləri daxil olmazsa 30 milyondan çox (bəzən 35 milyon) göstərilir.(16). Əqrəba türkmən türklərini də diqqətə alarıqsa, bu sayı 35 milyondan çoxdur . BUNULA MÜQAYİSƏDƏ, əqrəba etniklərlə (kürd və bəluç) birgə farsların sayısı 22 milyona qədərdir. (17). Əgər əqrəba etnikləri saymazsaq, farsların öz sayısı 20 milyonun altındadır. Bu çərçivədə, İslam İnqilabı zamanı Azərbaycanın güneyində yaygın olan "Biz kürdlərdən fərqliyik. Sayımız farsilərdən çoxdur. Burası bizim məmləkətimizdir. Tarix boyu İranı ya doğrudan-doğruya yönəltdik və ya yönətici təbəqələrin içində yer aldıq. Azınlıq deyil, ortağız”(18) düşüncəsi heç də təsadüf deyildir. Həqiqətən də, bu torpaqlar Türk torpaqlarıdır.

Güney Azərbaycanda başda Təbriz, Ərdəbil, Urumiyə, Zəncan kimi qədim türk şəhərlərində və paytaxt tehranda çox sıx olaraq yaşayan İran türklərinin sayı ilə əlaqədar fərqli oranlar tələffüz edilməklə birlikdə İran Xarici İşlər Naziri Əli Əkbər Salihinin bir müsahibəsində qeyd etdiyi kimi İran nüfusunun %40’ının türkcə danışdığı (19) düşünülürdü.. Bu oran da – təxmin də 2011-ci ildə əhalinin siyahıya alınması zamanı 75 milyon insanın yaşadığı İranda 30 milyona təkabül etməkdədir. Bir dönəm türkiyənin Xarici İşlər Naziri Əhməd Davutoğlunun Tehranda Yunus Emre Kültür Mərkəzinin açılışında söylədiyi "İstanbuldan sonra ən çox türkcə danışılan ikinci şəhər haradır? Ağla ilk gələn Ankara ola bilər, amma əgər bir sayım aparılsa Tehranda türkcə danışan nüfus daha çox çıxar və ya eyni çıxar ən azından”(20) ifadəsinin arxasında da İran əhalisinin yarısını təşkil edən bu böyük türk kütləsi – milləti durmaqdadır.

Sizlərə də məlum olduğu kimi dil bir millətin var olduğunu sübut edən ən ümdə amillərdəndir. Dilimiz bizim milli kimliyimizdir,

tariximizi, mədəniyyətimizi və ədəbiyyatımızı əks etdirən vasitələrdəndir. Bu səbəbdəndir ki, istər şah dövründə olsun istərsə də molla rejmində olsun İran adlanan fars dövlətində türkçə yasaq edilmişdir. Azərbaycan türkcəsinə farsların düşmənliklə yanaşmasının ilk səbəbi milli kimlik baxımından türklərin çox olması ilə bərabər həm də ədəbiyyat incəsənət baxımından Azərbaycan Oğuz Türk ədəbiyyatının sürətlə inkişafı və farsların çox övündüyü ədəbiyyatları ilə qarşılaşdırıla biləcək bir səviyyəyə çatmış olmasının onları çox tədirgin edtməsidir. Özlərini mədəniyyət baxımından türklərdən üstün göstərmə duyğularınadan irəli gələrək, şovnist farslarda türklərə qarşı hər zaman gizli bir düşmənlik duyğusu da daşıyırlar.

Qeyd etdiyimiz kimi dil məsələsi zaman-zaman gizli və açıq şəkildə farslar tərəfindən Türklərə qarşı siyasi bir oyun olaraq istifadə edilmişdir və aşağılayıcı bir tərzdə dilimizə qarşı təhqirlər etmişlərdir.Bunun ən öndə örnəyi və hədsizlik deyə biləcəyimiz bir olay 2006-ci ildə baş vermişdir. Beləki İranda bir dövlət qəzetində farslar karikatura vasitəsi ilə türkləri və türk dilini təhqir etmişlərdir.2006-ci ilin may ayında Güney Azərbaycan Türkləri kütlələr halında küçələrə tökülmüşdür. Bu hadisələrin olmasına səbəb yuxarıda da qeyd etdiyimiz dövlətə aid media orqanında çıxan bir karikaturadır. Sizlərlə sözü gedən karikaturanı paylaşıram.

Bəhs etdiyimiz karikaturada, böcəyin Azərbaycan türkçəsi ilə danışığı, bu böcəklərin (burada türkləri nəzərdə tuturlar) dillərinin anlaşılmadığı və iranlıların (farsların) əgər ölkələrini sevirlərsə dışqılarını tuvaletə buraxmayarak onları öldürmələri gərəkdiyi sözlərinə yer verilmişdir.(21) Yayın ilk anda Türk üniversitet öyrəncilərinin diqqətini çəkmişdir. Göstərilən təpkilərə fars yönətim səssiz qalmağı tərcih etmiş və durumu önəmsəməmişdir. Dövlətin səssizliyi problemin yayılmasına və Təbriz daxil olmaqla bütün Güney Azərbaycan şəhərlərində haqlı olaraq ayaqlanmalara yol açmışdır. Milyonlarca insanın iştirak etdiyi göstərilərin sonunda, dövlət sözü gedən qazeti bağladıb, səbəbkarları tutuqlayaraq hadisələrin önünü almağa çalışmış, ancaq gec gələn üzür türkləri sakitləşdirməyə kifayət etməmişdir. Dövlətin hadisələrə silahla müdaxilə etməsi ilə sonuclanan ayaqlanmanın sonuncu əllidən çox ölü, yüzlərcə yaralı və minlərcə tutuqlu olmuşdur. İranda özəlliklə müasir dönəmdə fars kimliyini üstün göstərmək məqsədinə yönəlik olaraq türk kimlik və figurlarını hədəf alan,təhqir edən sözdə "lətifə”, "deyim”, "film” və "karikatura” kimi vasitələrdən istifadə edildiyi bilinməkdədir. Ayrıca farsların müxtəlif etnik gruplara və özəlliklə az gəlişmiş-maddi olanaqları zəif olan bölgələrdə yaşayan fars olmayan insanlara qarşı bilinən qərəzli yanaşmalarının olduğu məlumdur. Türklərə qarşı isə farslar hər sahədə qərəzli düşüncələr bəslədikləri açıq-aydın bilinir. Güney Azərbaycan türkləri bunu bildikləri halda farslara qarşı kin güdməmişlərdir. Ancaq son olan bu hadisələr bardağı daşıran son damlalardan oldu. Bu karikatura hadisəsi həm farslar həm də türklər baxımından bəzi nəticələr doğurdu.

Farslar baxımından bu həqiqətləri ortaya çıxardı: şiəliyi bir birləşdirici ünsür olaraq istifadə etmək siyasətləri uğursuz oldu, ilk dəfə farslar türklərin ciddiyətini hiddətli bir tərzdə gördülər və farslara qarşı birlik olan türklərin qarşı çxmaları nəticəsində türklərdən çəkindilər. Həmçinin İran fars cümhuriyyətinin yetkililəri ilk dəfə türklərin dövlət içindəki önəmini vurğulamaq məcburiyyətində qaldılar. Bununla bərabər molla rejimi türk dilinə sahib çıxan türklərin ciddiyətini ilk dəfə bu qədər toplu şəkildə gördü.

Türklər isə ilk dəfə farsların istifadə etdiyi mənsəb-şiəlik qavramının onlara qarşı siyasi bir oyun olduğunu açıq anladılar və milli kimliklərini önə çıxardılar. TEHRANA BAĞLI FARS GÜVƏNLİK ORQANLARI İLƏ TÜRKLƏR İLK DƏFƏ TOPLU BİR HALDA ÜZ-ÜZƏ QALDILAR. Müstəqillik, hürriyət düşüncələrini ilk dəfə belə kütləvi halda dilə gətirdilər. Həmçinin Güney Azərbaycan türkləri coğrafi yayqınlıqlarını və sosial güclərini ən geniş mənada farslara göstərmiş oldular.(22)

Bütün bu olaylardan sonra belə fars molla rejimi türklərə və Türk dilinə qarşı düşmənciliyə və məkirli siyasətə davam etmiş və türk dilində təhsili qadağan etməyi sürdürməkdədir. Maraqlısı da budur ki, əhalisinin yarıdan çoxu Türk olan İranda türklərin dili qadağan olunduğu halda, qeyri-millətlərə ermənilərə qarşı daha xoşgörülü davranılır. İranda molla rejimi 5 millət vəkili kürsüsündən üçünü xristianlara,birini ermənilərə, birini də Süryanilərə ayırmışdır. Ermənilərə molla rejimi parlamentolarında yer vermək üçün sayılarını 80 mindən yuxarı 250 min göstərir və beləcə onlara millət vəkilləri kürsüsündə yer verir. Çünki İran molla rejiminin qanunlarına görə 250 min nəfəri parlamentdə bir millət vəkili təmsil edə bilər.(23) Əgər bu hesabla hesablasaq o zaman İranda parlamentosunu türklər idarə etməlidir. Məlum olduğu kimi türklərin sayi 40 milyona yaxındır. Amma mövzu türklər olunca İranda qanunlar yerli yerində həyata keçirilmir!

250 min (doğrusu 80 min) erməninin yaşadığı idda edilən İran adlanan ölkədə türk düşməni ermənilər 10-a yaxın universitetdə doktora dərəcəsinə qondarma erməni dilində təhsil ala bilirlər. Amma türk dilində təhsil qadağan olunur. Bunun səbəbi fars-molla rejiminə soruşulduğunda verdikləri cavab insanı hiddətləndirir. Belə ki, farslar dini bəhanə edərək dilə gətirib söyləyirlər ki, Güneydəki türklər müsəlman şiyədirlər. Yəni, guya bizləri özlərindən hesab edirlər amma qeyri-müsəlmanlara qarşı daha xoşgörülü olub onlara azad dil haqqı verirlər və İran Anayasasınadakı maddəyə sadiq qalırlar. Beləcə, guya İslamın xoşgörüsünü onlara tanıdırlar. Bu həqiqətən ağılasığlmayacaq bir safsatadır. Özəlliklə bu hadisə ilə bağlı Azərbaycanın görkəmli düşünürü, Türk dünyasının dəyərli ismi və ədibimiz Sabir Rüstəmxanlnın bir məqaləsini oxumuşdum və orda Sabir bəyin söylədikləri həqiqətən diqqətimi cəlb etmişdi. Sabir bəy İranın Azərbaycandakı səfirinə sual edir: "Cənab Səfir, siz niyə İrandakı 150-200 minlik ermənilərə hər cür şərait yaradırsınız, lakin 35 milyonluq Azərbaycan türklərinə heç bir haqq tanımırsınız?” Səfir, bir az düşünüb cavab verir: "Ağa ,ermənilər dini azlıqdır. Biz dini azlıqlara haqq tanıyırıq. Amma türklər, yəni siz bizim şiə qardaşlarımızsınız…” Sabir bəy də cavab olaraq söyləyir: "Sizin məntıqınızdən belə çixir ki, biz İran deyilən ölkədə milli haqlarımızı almaq üçün şiəlikdən, lazım gəlsə hətta İslamdan əl çəkməliyik. Siz belə düşünürsünüzsə, mən sabahdan təbliğata başlamalıyam ki, ay millət, biz müsəlman qaldıqca, bizim müsəlman-fars qardaşlarımız milli-mədəni inkişafımıza imkan verməyəcək, yəni bizi adam yerinə qoymayacaqlar…” Bu cavabdan sonra Böyükelçinin sifəti dəyişir və deyir: "Ağa, siz həqiqi müsəlmansınız, elə iş görməzsiniz!”. Sabir bəy çox gözəl bir cavabla sözdə müsəlman olan fars səfrin həddini bildirib deyir: "Görərəm! Çünki siz həqiqi müsəlman deyilsiniz!” (24).

Həqiqətən farslar şiəliyi və İslami siyasi bir vasitəyə çevirmişlərdir. Bu yolla türkləri susdurmağa çalışır və fars şovnist siyasətlərini həyata keçirirlər. İslamdan və onun həqiqətlərində xəbərsiz olan fars mollaları dinimizin adına ləkə gətirir və siyasi məqsədlərində istifadə edirlər. Acısı da odur ki, Quzey Azərbaycanda özlərinə tərəfdar toplamaq üçün sözdə mollalar (əslində bu insanlar fars faşistlərinin siyasətini təbliğ edir) göndərir və təriqət ayrı seçkiliyi edərək İslamı bölürlər. Eyni siyasəti radikal ərəbistan tərəfdarları da edir.

Farslar çox gözəl bilir ki, Güney Azərbaycan bölgəsi İran üçün məlum səbəblərdən həyatı bir önəm daşıyır. Çünki Güney Azərbaycanın İrandan ayrılması durumunda, İranın Türkiyə, Azərbaycan və qondarama Ermənistanla sərhədi qalmayacaqdır.(25) Bu yerdə ermənilərlə farsların qardaşlığını da xatırlatmaq istərdim. Türklər inad olsun deyə fars molla rejimi İran adlanan ölkədə qondarma erməni soyqırımı abidəsi ucaltmış, ruhban məktəbi açdırmış və ermənilərə doğal qaz yardımı etmişdir.

Bütün bunları doğrulayan fotoları sizlərlə paylaşıram

21371161_1912016422385895_5462946655520035452_n21430475_1912014909052713_613542832857914782_n21557676_1912015475719323_4243389200033761924_n-1

 

 

 

Yazının əvvəlində qeyd etiyimiz tarixi, etnik, siyasi və mədəniyyətlə bağlı gərcəklər göstərir ki, İran adlanan coğrafiya əslinə türk yurdudur. Bəhs eydiyimiz kimi 1925-ci ilə qədər 1000 il boyunca farsları ədalətlə yönətən biz türklər olmuşuq. Amma 100 ilə yaxındır farsların faşıst yönətimində əziyyət çəkən Güney azərbaycanlı türk soydaşlarımız öz torpaqlarında əsir həyatı yaşayırlar. Doğrudur dəfələrlə Azadlıq uğrunda hərəkata keçsələr də bəlli səbəblərdən istədiklərinə çatmaları mümükün olmamışdır. Bu gün farslar İranda türklərə əziyyət verir, dillərini yasaqlayır, sosial həyatlarını mədudlaşdırır, dövlət təbəqəsində məmur olmalarının qarşısını bəhanələrlə alır. Həmçinin uydurma bəhanələrlə hər il onlarca soydaşımızın edam qerarını verir və ailəsinin gözü önündə asdırır. Bu vicdansızlıqlara və haqsızlıqlara gözyummamalıyıq. Əslində bu fars molla rejiminin türklərə qarşı həyata keçirdiyi gizli bir etnik təmizləmədir. Sucsuz yerə onlarca soydaşımız asılır. Bizlər isə heç bir iş görmürük.

Bütün Türk dünyasını oyanmağa və birlik olmağa çağırıram.Sizlərdən rica edirəm soydaşlarımıza dəstək olaq. Onların farslaşdırma siyasətinin hədəfi olmasının qarşısını almalı və Güneyli soydaşlarımıza dəstək olmalıyıq. Çünki onlar hər zaman Türk olduqlarını söyləyir və fars zülmünə məruz qalsalar da milli kimliklərini unudmurlar. Sonda sizlərlə Güney Azərbaycalı soydaşlarımıza dəstək məqsədi ilə nacizanə yazdığım misraları paylaşıram:

Güney Azərbaycan İran deyil!

Dünya farsa qalan deyil!

Fars zülmündən dönməsə də,

Türklər əsir olan deyil!…

Aynur Talıblı ( Türk qızı Öztürk)

 

 

 

Sizlərdən rica edirəm güneyli soydaşlarımıza dəstək olaq. Birlik və bərabər olaq.Türklüyün şanını dünyaya yenidən duyuralım İnşALLAH. Türk komutan İshak Çelikin söylədiyi kimi "Kkeçmişini bilməyənin gələcəyi olmaz!” Nə Mutlu Türküm Deyənə!

 


İstifadə edilən mənbələr:
1. Tarih və medeniyet araştırmacısı Aynur Talıblı’nın "Yeni Türk nəsli necə yetişdirməli” isimli məqaləsindən,
2. Tahran 1948, s. 24.
3. İRAN’DA TÜRKLER* PROF. DR. GERHARD DOERFER,
4. Rafael Blaga, ‹İran Halklar› El Kitab›, 1997, s. 97.
5. Hüseyn Düzgün (Sad›k), Der Bare-ye Zebanhayi ‹rani, Babek Yay›nlar›, Tahran, 1972.
6. SATRANÇ TAHTASINDA AZERBAYCAN ve FARSİSTAN Arif REHiMOĞLU*, Avrasya Dosyası s.345.
7. Şövket TağIyeva, Ekrem Rehimli, Semed Bayramzade, Güney Azerbaycan, Orhan Yay›nlar›. Bakü.2000., s. 20.
8. İRAN’DA TÜRKLER* PROF. DR. GERHARD DOERFER, s.243
9. PURPİRAR, Nasir (1381/2002a), (Teammül-é Der Bünyân-é Tari{-é İran), Devazdeh Ġern Sükût! Kitab-é Evvel: Ber Âmeden-é He{amenişyân, Neşr-e Karenk, Téhran.
10. HEYET, Cevad (1371/1993), Azerbaycan’ın Türkleşmesi ve Azerî Türkçesinin Teşekkülü, Varlık, S. 87, s. 5-20, Tahran.
11. İRAN TÜRKLERİ.Yazan Dr. Ali Kafkasyalı, istanbul 2010,s. 29.

12. Şövket TağIyeva, Ekrem Rehimli, Semed Bayramzade, Güney Azerbaycan, Orhan Yay›nlar›. Bakü.2000., s. 341.

13. Şövket Tağıyeva, Ekrem Rehimli, Semed Bayramzade, Güney Azerbaycan, Orhan Yay›nlar›, Bakü, 2000, s.65

14. İbid.

15. Hasan Reflad, ‹ran’da Diller, "Tan›t›m”gazetesi, Bakü, 2001, Say›: 7(603), s. 12.

16. İbid, s. 59-63.

17. İbid, s. 60-63.

18. Tülemen, a.g.e., s. 82.

19. Ali Akbar Salehi: "% 40 of Iranians speak Turkish”, http://www.iranian.com/main/2012/jan/ali-akbar-salehi-40- iranians-speak-turkish

20. Davutoğlu, Tahran’da Yunus Emre Kültür Merkezi’nin Açılışını Yaptı, http://www.haberler.com/davutoglu-tahranda-yunus-emre-kultur-merkezi-nin-3489362-haberi/

21. Sarıkaya, a.g.e., s.224 .

22. Sarıkaya, a.g.e.,s.225

23. Tesnim Haber Ajansı . "İran Meclisində Gayrimüslim və Azınlık halkın Vekilleri” İsimli makale 26 şubat 2016. saat 10:41. haber numarası:1010593.

24. Sabir Rüstəmxanlı ” İslamdan imtina edək ,başqa dinə keçək…” isimli məqalədən. Vətəndaş Həmrəyliyi Prtiyası internet sitesinden.

25. "İran Türklərinin Startejik önemi” Muhammed İsık yazıları,YURDIŞI TÜRKLER isimli MAKALESİNDEN.

 


P.S. Hə zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyəxüsusi təşəkkürümü bildirirəm!

Aynur TALIBLI, Tarix və məddəniyyət araşdırmaçısı


 

21462260_1912694828984721_4188160219347565785_n
21462858_1912693918984812_1476264415093337840_n
"ULUYOL"

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300