Azərbaycanlı çoban "O səs Türkiyə”ni ayağa qaldırdı - Möhtəşəm ifa -Video

 

İfaları ilə məşhurlaşan azərbaycanlı çoban Pərvin Səfərov bu dəfə "O səs Türkiyə”ni ayağa qaldırıb. İfaçı yarışmada ona məşhurluq qazandıran "Nazənəndə sevgilim” mahnısını ifa edib.

 

Pərvin Səfərovun ifasını bəyənən Hakan, Hadisə və Murad Boz ona tərəf dönüblər. Pərvin Səfərov yarışmanı Murat Bozun komandasında davam etməyi istəyib. Türk sənətçilər isə ifaçının səsinə olan heyranlıqlarını gizlədə bilməyiblər. Verilişin aparıcısı Acun İlıcalı isə Pərvin Səfərovun çoban olduğunu bildirib və onu məşhurlaşdıran videonu ekranda nümayiş etdirib. Jüri üzvləri Pərvinin çoban olduğunu bilincə daha da təəccübləniblər. Sənətçi Yıldız Tibe isə onun səsini çox bəyəndiyini, sadəcə şivəsindən xoşlanmadığına görə çevrilmədiyini deyib.

 

Qeyd edək ki, Neftçala rayonunun Qaçakənd kəndinin sakini olan Pərvin Səfərov bir müddət əvvəl qoyunları otararkən etdiyi ifaları ilə məşhurlaşmışdı. Onun videoları Türkiyənin ən məşhur tele-kanallarında yayımlanmışdı.

 

Xalidə Gəray, musavat.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300