Trubina informasiya agentliyi (TİA.az) 8 yaşını qeyd edir

Bu gün Tribuna İnformasiya Agentliyinin(Tia.az) 8 yaşı tamam olur.

2009-cu il oktyabırın 6-da Azərbaycan internet məkanına TİA.AZsaytı da qoşuldu. Həmin dövrdə xəbər portallarının sayı olduqca az idi. Bu, həm də həmin dövrdə Azərbaycanda sosial şəbəkələrdən və internetdən istifadə edənlərin sayının az olması ilə bağlı idi. LakinTİA.AZxəbər portal olaraq, qısa zamanda oxucu diqqətini və rəğbətini qazana bildi. 8 ildir ki, TİA.AZ ölkəmizdə və dünyada baş verən müxtəlif siyasi, iqtisadi xəbərlərlə hər zaman dəqiqlik və operativlik nümayiş etdirir.

Bu gün Azərbaycan internet məkanında xəbər saytlarının sayı artmaqdadır. TİA.AZ da bu 8 il müddətində yeniliklərlə oxucuların xəbərə tələbatını ödəməyə çalışıb. Artıq saytda hər hansı hadisə və xəbəri oxucular təkcə foto və yazılı mətndə deyil, eyni zamanda video materiallarda da görürlər. Bundan əlavə ayrı-ayrı bölgələrimizdə yaşayan vətəndaşlarımız müxtəlif sosial problemlərinin işıqlandırılmasında bizə müraciət edir. TİA.AZ vətəndaş şikayətlərinin araşdırılmasında və probləmlərin işıqlandırılmasında əlindən gələni edir.


Bundan əlavə mətbuatda, ədəbiyyatda imzası ilə tanınan yazarlarımız da TİA.AZ-la əməkdaşlıq edir.
TİA.AZ bu sahəyə yeni gələn yazarlara dəstək olur, onların ilk qələm təcrübələrinə portalımızda yer verir. Bir sözlə, TİA.AZ oxucuların ona olan böyük inamını doğrulda bilib.

Bu günə qədər bu xəbər portalında zəhməti keçmiş hər bir həmkarımıza dərin təşəkkürümüzü bildirir və bu gün münasibətilə kollektivimizdə hər kəsi təbrik edirik!

Nüşabə, TİA.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300