Fikrət Fərəməzoğlu

Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin mənə çıxardığı qondarma hökmü qüvvədə saxladı. Əslində, Apellyasiya Məhkəməsinin də siyasi sifarişlə qərar çıxaracağına şübhəm yox idi. Hakimlərin qanunları məmurların müdafiə alətinə çevirdiyi ölkədə mənim kimdənsə ədalətli qərar gözləməyim də əbəs idi. Ona görə də məhkəməyə "Quran”la gəldim. Məqsədim hakimin və ya sifarişçilərin "Quran” inanıb-inanmaması, yumşalıb məni azad etməsi deyildi, məqsədim haqqımda məqsədli yayılan şayiələrə son qoymaq idi, hətta hakim Əflatun Amaşovun "donosu”nu da "fakt”lar siyahısına alsa belə...

Bir daha bəyan edirəm ki, mənə böhtan atılıb və şərlənmişəm. Məhkəmədə də dedim ki, and olsun bu Qurana, mən bu adamları tanımıram. Baxın, bu adamların heç biri ilə aramızda telefon danışığı yoxdur. Zərərçəkmiş şəxslərdən yalnız Mehman Həsənovu tanımışam, onunla bir dəfə görüşüm olub, onda da aramızda pul söhbəti olmayıb. Əgər ondan pul alan idimsə, tutulduğum gün mənə etdiyi çoxsaylı zənglərə niyə cavab vermirdim? Həbs olunanda üstümdən çıxdığı iddia olunan 3 min manatı da polislər cibimə zorla qoyub, özləri də çıxarıblar. Belə olmasaydı, ortaya heç olmasa, bir əməliyyat çəkilişi, səs yazısı qoyardılar. Əvvəl sözüm də, son sözüm də budur. Bundan sonra istəyirsiz, lap ölüm hökmü çıxarın.

İndi də eşitdiyimə görə, Mətbuat Şurası və onun reket dəstəsi haqqımda şifahi şayiələr yayırlar, rəhbərləri Amaşovun barəmdə yazdığı "donos ” kimi...
Əvvəllər hətta bəziləri mediada böhtan da tirajlamaqdan çəkinmədilər. Çünki sifariş almışdılar. Bu şayiələri yayanlar unutmasınlar ki, gec-tez etdikləri sillə kimi qayıdıb özlərinə dəyəcək.

Amaşovun dəstəsi...

Əslində, mən təkcə əxlaqsızlıq yuvalarından yazmırdım, həm də Əflatun Amaşovun himayə etdiyi dövlət qurumlarındakı qanunsuzluqları tirajlayırdım. Bu yazıların yayılmaması üçün mənə haralardan və kimlər zəng eləmirdilər ki? Ən yuxarı dairələrdən belə zənglər gəlir, dolayısı ilə təhdidlər edirdilər. Bu barədə növbəti yazılarımda qeyd edəcəm. 
Amma Əflatun Amaşovun özündən və rəhbərlik etdiyi "Moşenniklər Şurası”ndan da yazırdım. Amaşovun danosbazlığı da sırf şəxsi qərəzdən və məni idarə edə bilməməsindən qaynaqlanırdı. O, sevinirdi, çünki idarə edə bilmədiyi jurnalistlərdən birindən canını qurtarırdı...

Doğrudan da, durum ağırdır. Artıq Amaşov himayədarlıq etdiyi təşkilatlara başında saxladığı reket dəstəsi ilə dolayısı da olsa, hədə qorxu gəlir, öz nəzarətinə alır. Onlardan yazan və sözünə baxmayan baş redaktorlar barədə isə "reket arayışı” verib həbs etdirir. Mətbuata dəxli olmayan, ömründə bir normal yazısı və cümləsi olmayan Amaşovun təqdiri budur; əgər jurnalistikadasansa, mütləq onun dediyi ilə oturub-durmalısan, əks təqdirdə mənim talehimi yaşamaq məcburiyyətindəsən. Tutulsan, ilk danosu da o yazacaq...
Görün vəziyyət hansı həddə çatıb ki, bu qurumun guya "Şikayətlər komissiyası”ında şəhid ailəsinin hüquqlarını tapdayan məmur müdafiə olunur, jurnalist hədələnir. Nəyin qarşılığıdır bu? Bütün bunları silsilə yazılarla yaxın günlərdə diqqətinizə çatdıracağam...

Əflatun Amaşov Prezidentə qarşı...

Heç kəsə sirr deyil ki, ölkədə yaşanan iqtisadi böhranın əsas səbəbkraları monopolistlərdir. Həmin monopolistlər ki, ölkə başçısı dəfələrlə onlara xəbərdarlıq edib. Hətta devalvasiyadan sonra Prezident özü də bunu etiraf etdi və monopliyanın yığışdırılması ilə bağlı tapşırıqlar verdi. Amma Əflatun Amaşov əksini edir, ölkəni iqtisadi fəalkətə aparan monopolistlərdən birini – Əbülfəz Məlikovu müdafiə edir. Hamı düşünürdü ki, "Monopoliyalar kralı” ləqəbli Əbülfəz Məlikov da digərləri kimi sıradan çıxacaq. Amma bu gün mediadaonun haqqında yazanları Mətbuat Şurasına çağırıb təhdid edirlər, reket siyahısına salmaqla hədələyirlər. Və bunu əvvəllər Rəhim Hüseynov etsə də, indi şəxsən deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov özü edir. Hansı ki Əbülfız Məlikovun ermənilərlə qohumluq və biznes əlaqələri (Bu haqda növbəti yazıda) barədə dəfələrlə mətbuatda yazılar yazılıb və heç biri təkzib olunmayıb. Görünən odur ki, Amaşov "Monopoliyalar kralı”nı boşuna müdafiə etmir, qarşılığı var... Hətta vəziyyət o həddə çatıb ki, nümunə üçün ölkədə bircə media yoxdur ki, Əbülfəz Məlikovdan, onun ermənilərlə ortaqlığından yaza bilsin... Budur faciə.

Amaşovun həbs edilən dostları...

Bir məqamı da diqqətdən qaçrmayaq. Amaşovun himayə etdiyi reketlərdən bir neçəsi ötən il Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edildi. Hətta həmin ərəfədə Mətbuat Şurasının icraşı katibi Rəhim Hüseynovun da həbsi gündəmə gəlmişdi. Çünki reketlərlə əlaqələri barədə məlumatlar var idi. Yəni külli-aləm bilirdi ki, həbs edilən reketlər "Əflatun Amaşovun şərikləri”dir. Həmin reketləri Prezident Adminstarasiyasının rəhbəri Ramiz Mehdiyevin İdarəçilik Akademiyasındakı görüşünə də Amaşov aparmışdı. Reketlər həbs olunan kimi Amaşovun və Rəhim Hüseynovun həbsi gündəmə gəldi. Amaşov vəziyyətdən çıxış yolu kimi hər şeyi Rəhim Hüseynovun üstünə ataraq, onu vəzifəsindən azad etdi. Amma rəsmi, yəni qeyri-rəsmi olaraq yenə yanında saxlayır və qara işlərini ona gördürür...

Amaşovun əməllərində Həsən Bəy Zərdabinin "rolu...”

Amaşovun xüsusi dəstəyi ilə yaradılan bir QHT var: "Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi. Bu birliyin rəhbəri Rəhim Hüseynzadədir və dəfələrlə QHT Şurasının qrant müsabiqəsində qalib olub. Görünür, həm reketçiliklə qazanıblar, həm də qrant çırpışdırıblar, amma məsələ bu deyil, əsas fakt odur ki, Rəhim Hüseynzadənin və onun rəhbərlik etdiyi "Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi medianın "pul paylayanı” rolunda çıxış edir və Əbülfəz Məlikovun paket sistemini bu qurum həyata keçirir. "Təmtəraq”la yola salınan Rəhim Hüseynzadə (Mətbuat Şurasında bu işi həyata keçirən başqa bir şəxs də var. Onunla bağlı da yaxın günlərdə oxuyacaqsınız) böyük agentliklərdən tutmuş ən kiçik saytlara qədər hamı ilə anlaşıb. Deyilənə görə, paket sistemi 200-2000 min manat arası məbləğlər üzrə təklif edilir. Bu işə hətta "Zərdabi Mətbuat Mərkəzi”ndə "çalışan” şəxslər də cəlb edilib. Dediklərimin sübutu kimi, əgər, həqiqətdən də, reket jurnalistlərlə mübarizə aparan hüquq –mühafizə orqanları bu işlə məşğuldurlarsa (050-9940189) mobil nömrəsindən çıxan zənglərə baxsınlar. Ayda bir dəfə açılan bu nömrə hər ayın 15 –i Əflatun Amaşovun Əbülfəz Məlikovdan aldığı pulları məhz öz reket dəstəsinə paylaşdırır. Son iki ayda isə ayın 25-nə təsadüf edib... İndi görürsünüz kimdir reket?

Bütün bunları niyə yazdım? Ona görə ki, özü reket fəaliyyəti ilə məşğul olan bu qurumun rəhbəri və əməkdaşları şərlənərək həbs edilən jurnalist barədə "donos” yazırlar. Bu yazılar davamlı olacaq ki, qoy xalq bunların əsl mahiyyətini tanısın".

 

ULUYOL

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300