"Real”ın hücumçusu Kriştiano Ronaldo La Liqanın 6-cı turunun "Alaves”lə səfər matçında hakimi aldatmağa cəhd edib.
Qol.az-ın xəbərinə görə, o, rəqibin cərimə meydançasında simulyasiya edib penalti qazanmaq istəsə də, baş hakim doğru qərar verərək oyunu davam etdirib.
Qeyd edək ki, "Real” bu görüşdə 2:1 hesablı qələbə qazanıb, Ronaldo isə qol vura bilməyib.