Gülşən ŞƏRİF 


 

Hər gün yeni bir gün...Yeni ümidlər...Yeni insanlar...Yeni problemlər...Yeni hadisələr...Yeni düşüncələr...Yeni mübarizələr...

 

Zaman keçir, hər şey dəyişir. "Olmaz”lar olur, "olar”lar "olmaz”a çevrilir. Hər kəsin fərqli prizmadan təhlil etdiyi zamanda dəyişməyən məfhumlar mübarizə olaraq qalır. Axı, hər insanın daxili mübarizəsi var. Bütün insanlar zaman və mübarizə məsələsində həssasdırlar. Yaşadıqlarını və düşüncələrini özünə izah edə bildiyin qədər bu həyatda varsan, özünü dərk etmisən və insansan...

 

Məşhur psixoloq Mixail Litvak deyir ki, ən böyük düşməninin kim olduğunu bilmək istəyirsənsə, güzgüyə bax. Öz öhdəndən gəldinsə, başqaları səni görəndə özləri qaçacaqlar. Nədənsə, sən özündən başqa hamını düşmənin kimi qəbul edə və onunla mübarizə aparmağa hazır vəziyyətdəsən. "İlk düşmənim özüməm” etirafını isə bacarmırsan. Səbəb nədir? Ego, qürur, bəlkə də zəifliyin? Özün olmaqdan çəkinməyin də ola bilər...

 

Məsələn, bəzi insanlar kiməsə nifrət etdiklərini söyləməyə çəkinir və bu hisslərinə qarşı gizli şəkildə mübarizə aparırlar. Çünki ətrafı tərəfindən "pis və ya mənəviyyatı boş insan” kimi qəbul edilməkdən qorxur. Bəlkə də nifrət deyilən o məfhum hər nədirsə, onu düzgün anlamamısan. Tək sən deyil, hətta çevrən və mühitin də... Mənasını tam anlamadığın məfhuma görə isə mübarizə aparırsan. Axı, insanlar "kinli” birini sevməzlər...

 

Düzünü desəm, nifrət etməyin tam olaraq nə olduğunu bilmirəm. Çoxumuz bilmirik. Amma bizi çox incidən birindən danışanda ona nifrət etdiyimizi deyə bilirik.

 

Qırğınlıq...Soyuqluq...Görməzdən gəlmək...Laqeydlik...Üz çevirmək... Demək olar ki, bütün insanların həyatında eyni insana qarşı məhz bu hisslər yaşanır və ya yaşanıb. Əgər o hisslər və davranışlar nifrət sayılırsa, hamımız kinliyik? Cavabını bilmirəm, amma hər kəsin mübarizədə olduğuna əminəm.

 

Səni incidən insandan üz çevirməyin şəxsiyyətinə hörmət, səni incidən insana sadiqliyin isə acizliyindir... İnsan övladı mənfi düşüncələri heç bir zaman rəsmi şəkildə qəbul etmir, amma yazılmamış qanunlarla mənfi düşüncələrə öz beynində və qəlbində müəyyən yer ayırır.

 

Əslində "mələk” obrazını yaratmağa ehtiyac yoxdur. Bir azca dürüst olmağı bacarsan, görəcəksən ki, bütün insanların içində bir "vəhşi” canlı yaşayır və bütün insanların beynində mənfi düşüncələrə mütləq şəkildə yer ayrılıb. Və bu ""vəhşi”lik sadəcə kimisə asıb-kəsmək, doğramaqdan, qan çıxarmaqdan ibarət deyil. Əgər sən birinə əsəbləşib, ətrafını dağıdacaq qədər irəli gedə bilirsənsə, kimisə təhqir edə bilirsənsə, "təbrik” eləmək olar: içindəki o "vəhşi” oyanıb...

 

Bir dəfə tanışlardan biri ilə münasibətlər və hisslər barədə danışırdıq. Onun fikrincə, insan mənfi sayılan hisslərdən bacardıqca uzaq durmalıdır. Yəni, sən qaçmağı öyrənməlisən, mübarizə aparmağı deyil... Razıyam, daimi olaraq o hisslərlə yaşamaq insanı qəddar, ziyanlı və təhlükəli edə bilər. Məsələn, kimilərinə görə nifrət edilən o məfhumu daim qəlbdə yaşatmaq insanı intiqam almağa və pislik etməyə sövq edə bilər. Bu fikirlə razılaşmasam da, mübarizə aparılacaq o qədər məfhumlar varkən birində niyə ilişib qalasan, dərinliyinə gedib özünü bataqlığa salasan və sonra da çabalamağa məcbur olasan ki?

 

Əgər mütləq şəkildə qaçmağa ehtiyac varsa, o zaman həyatda əsas yolun axtarışı yaxın məsafəyə qaçış deyil, marafon olmalıdır. Əgər sən hər kəsi fərd olaraq hörmətlə qarşılasan amma heç kimi bütləşdirilməsən daha uğurlu insan ola bilərsən...Çünki insan öz üzərində işlədiyi, özünü inkişaf etdirdiyi qədər şanslıdır.//pia.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300