Şiə və Sünni türkmənlər onları dəstəkləyənazərbaycanlılara: "Siz də bilin ki, türkmənlər Qarabağ uğrunda döyüşməyə əsla tərəddüd etməyəcək"

Türkiyə mediasında yerli mətbuat orqanları Türkiyə, İraq və Suriyada şiə-ələvi və sünnilər arasında müharibənin başlayacağı ilə bağlı yalan xəbərlər yaymaqda davam edir.

"A24.az”ın məlumatına görə, Türkiyə haqqında yanlış məlumatlar verən "Yenişafaq” və "Akit” kimi media orqanlarına İraqın Türkmənistan bölgəsində azadlıq və müstəqillik uğrunda mübarizə aparan Türkmən Silahlı Qüvvələrinin Türkmənistan hərbçiləri cavab verib.

Şiə və sünni olan bütün türkmənlər Telaferdə…

Türmən hərbçiləri verdiyi açıqlamada "Türkiyədən bu mövzu ilə əlaqədar bizdən mesaj və məlumatların verilməsi ilə bağlı çoxlu sayda tələblər gəlir. Çünki Türkiyədə bir çox media qurumları sifarişli xəbərlər yaymaqdadır. Bu gün İraqın azadlığı uğrunda şiə-sünni, bütün türkmənlər birlikdə mübarizə aparmaqdadır.

Biz İraqın könüllü döyüşçüləri arasında yer alan türkmən hərbçiləri adından sizi məlumatlandırmaqda məsuluq.Türkmənlərin azadlıqları üçün mübarizə apardıqları bu günlərdə heç bir mövzuya məzhəb baxımından yanaşmadıq.

Bu açıqlama Türkiyə ictimaiyyətini məlumatlandırma xarakteri daşıyır. Bu gün türkmənlərin yanında ən böyük güc Haşdi Şabi qruplaşmasıdır. Tərkibində minlərlə türkmən döyüşçülər var. İraqın ərazı bötüvlüyünü qorumaqda bu, türkmənlər üçün həyati məsələdir.


 

Odur ki, İraq türklərini bu çətin günlərdə sosial mediada tək qoymayan, dəstəklərini əsirgəməyən, cəbhəyə döyüşmək üçün gəlmək istədiklərini bildirən, bizim üçün dua edən bütün qardaşlarımıza, xüsusilə də Azərbaycandan gələn səmimi mesajlara təşəkkür etməyi özümüzə borc bilirik. Sizlər də bilin ki, işğal altında olan torpaqlarınızın azad edilməsində iş masadan çıxıb döyüş meydanına düşərsə, türkmənlər Qarabağ uğrunda döyüşməyə əsla tərəddüd etməyəcəklər”.

Qeyd edək ki, əhalisinin 75 faizi sünni, 25 faizi şiə olan Telafer bölgəsi İraqda Mosul yaxınlığında yerləşir. Şiə və sünnilərin yaşadığı şəhərdə Azərbaycan türkcəsinə çox yaxın bir dildə danışılır.


 


 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300