Главная > Dünya > Rusiyalı turistlər Türkiyədəki otellərdən təxliyə edilir

Rusiyalı turistlər Türkiyədəki otellərdən təxliyə edilir


25-08-2017, 18:57.

Rusiyalı turistlər Antalyadakı otellərdən təxliyə edilir.

Axar.az xəbər verir ki,bu barədə məlumat yayan Rusiyanın Ankaradakı səfirliyi turistlərin "Ted Travel" şirkəti vasitəsilə təxliyə edilməsinə başlanıldığını bildirib.

"Bu gün günortadan sonra rusiyalı turistlərin istirahət etdikləri otellərdən təxliyə edilməsinə başlanılıb. Rusiyanın Antalya Konsulluğu da koksaki virusu təhlükəsi ilə bağlı turistlərin təxliyəsinə yardım edir", - məlumatda qeyd edilib.

Rusiyalı turistlərin hansı otellərə yerləşdiriləcəkləri barədə məlumat verilməyib.

Qeyd edək ki, Rusiya XİN rəsmisi də bu gün məlumatı təsdiqləsə də, turistlərin Türkiyədən təxliyə edilməsinin müzakirə mövzusu olmadığını söyləyib.

 


Вернуться назад