Главная > Baş Xəbər > Türkiyə XİN başçısı “Qarabağ”ı təbrik edib

Türkiyə XİN başçısı “Qarabağ”ı təbrik edib


25-08-2017, 18:38.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın "Qarabağ" futbol klubunu Çempionlar Liqasına çıxması münasibətilə təbrik edib.

M.Çavuşoğlu "Twitter"dəki səhifəsində yazıb: "Qardaş Azərbaycanın uğuru bizi də qürurlandırdı. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazan "Qarabağ" futbol komandasını təbrik edirik".

Xatırladaq ki, "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

 

Снимок.JPG (81 KB)
Вернуться назад