Главная > Müsahibə > Qurbanovdan "Qarabağ"ın rəqibləri barədə ilk şərh

Qurbanovdan "Qarabağ"ın rəqibləri barədə ilk şərh


25-08-2017, 00:03.

Hər üç rəqibimiz TOP-5 ölkələrinin təmsilçisidir.

Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

"Azarkeşlər və bizim üçün bu turnir bir təcrübə olacaq, hər üç komandayla bizi maraqlı qarşılaşmalar gözləyir. Rəqiblərimiz ən güclü çempionatların təmsilçiləridir. Bu turnirdə təcrübə qazanıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq", - Qurban Qurbanov qeyd edib.

Xatırladaq ki, "Qarabağ" futbol klubu Azərbaycan klubları tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Təmsilçimizin qrupdakı rəqibləri "Çelsi", "Atletiko Madrid" və "Roma"dır.

 


Вернуться назад