Главная > Ümumi > Gürcüstan Rusiyanın yardımından imtina etdi

Gürcüstan Rusiyanın yardımından imtina etdi


22-08-2017, 19:20.

Rusiya Gürcüstana Borjomi dərəsindəki yanğının söndürülməsi ilə bağlı yardım təklif edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili söyləyib.

"Bizim bu köməyə ehtiyacımız yoxdur. Əlimizdə olan bütün qüvvə ilə bu yanğının öhdəsindən gəlirik. Ajiotaj üçün heç bir səbəb yoxdur”, – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan bundan öncə Borjomi dərəsində yanğının söndürülməsi üçün Gürcüstana iki vertolyot göndərib.

 


Вернуться назад