Главная > Mədəniyyət > "Eşkiya dünyaya hökümdar olmaz”-ın İlyası: "Oxuduğun mahnılar sanki Rəşid Behbudovun ifasıdır, əla”

"Eşkiya dünyaya hökümdar olmaz”-ın İlyası: "Oxuduğun mahnılar sanki Rəşid Behbudovun ifasıdır, əla”


20-08-2017, 09:26.

Qoyun otararkən oxuduğu mahnı ilə intenetdə məşhur olan çoban Pərvin Səfərovun Türkiyəyə getmək şansı yaranıb.

 

Uluyol.info Aznews.az-a istinadən xəbər verir ki, Türkiyənin məşhur serialı olan "Eşkiya dünyaya hökümdar olmaz”da İlyas obrazını canlandıran Ozan Akbaba Pərvin Səfərovun qoyun otararkən ifa etdiyi videogörüntünü paylaşaraq ona şərh də verib: "Qardaş, adını bilmirəm, amma səsin əladır. Oxuduğun mahnılar sanki Rəşid Behbudovun ifasıdır, əla”.

 

Qeyd edək ki, Pərvin Səfərov ali məktəblərə keçirilən qəbul imtahanı zamanı yüksək bal toplaya bilməyib. Xalq artisti Siyaviş Kərimi ona bu məsələdə dəstək olacağını desə də, sonda onu xəyal qırıqlığına uğradıb.

 

 

Uluyol.info

Вернуться назад