Главная > GÜNDƏM > Neftin qiyməti 29 dollardan da aşağı düşdü

Neftin qiyməti 29 dollardan da aşağı düşdü


15-01-2016, 23:20.

bitmap-img6

 

Brent markalı neft 2004-cü ilin fevralından bəri ilk dəfə 29 dollardan aşağı düşüb

 


APA-nın məlumatına görə, Bakı vaxtı ilə saat 21:35 üçün ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 6,49% azalaraq 28,88 dollaradək düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 6,41% ucuzlaşaraq 29,20 dollar təşkil edib.

Вернуться назад