Главная > Siyasət > Rusiya İsraili satqın adlandırdı

Rusiya İsraili satqın adlandırdı


19-08-2017, 11:39.

Rusiyanın keçmiş Sobibor konslagerindəki muzeyin yenilənməsinə buraxılmaması ilə bağlı İsrailin mövqeyi tarixi satqınlıqdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.

"Mən İsrailin mövqeyini başa düşməkdən qəti şəkildə imtina edirəm. Bu, tarixi satqınlıqdır”, - XİN rəsmisi bildirib.

Qeyd edək ki, Sobibor konslageri Polşada yerləşir. İkinci Dünya müharibəsində burada 250 min yəhudi qətlə yetirilib.

 


Вернуться назад