Главная > Maraqlı > Bakıda qeyri-adi mağaza: Kitablar 20 qəpiyə satılır

Bakıda qeyri-adi mağaza: Kitablar 20 qəpiyə satılır


18-08-2017, 21:07.

Biznes universitetinin məzunu olan Ziya Balıyev açdığı kitab mağazası ilə hər kəsi təəccübləndirib. Çünki bu mağazada kitablar cəmi 20 qəpiklə-1 manat arasındakı qiymətlə satılır.

Uluyol.info-nun Xəzər TV-yə istinadən məlumatına görə, söhbət Nizami metrosunun yaxınlığında Zərgərpalan küçəsi 137 ünvanındakı bu maraqlı kitab mağazasından gedir.

Biznes universitetinin məzunu olan Ziya Balıyev kitabların ucuz qiymətə satılmasının alıcılar tərəfindən maraqla qarşılandığını deyir.

Ziya Balıyev insanların kitabların olan sevgisini artırmaq üçün belə təşəbbüslərin sayının artmasını istəyir.

Onun fikrincə belə ucuz qiymətə olan kitab mağazaları bölgələrdə də yaradılmalıdır ki, insanların oxumağa maraqları artsın.

 


Вернуться назад