Главная > Ümumi > "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nda nə baş verir?-Prezidentə şikayət olundu

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nda nə baş verir?-Prezidentə şikayət olundu


15-01-2016, 19:55.

08_PREZIDENT-LIMAN-BARA TERMINALI-ACILISH
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Səhmdar Cəmiyyətin onlarla işçisi baş direktor Taleh Ziyadovun əməllərindən Prezidentə şikayət etdi… 
Bu gün «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisi «Təzadlar» qəzeti redaksiyasında oldular… Uzun illərdir adı çəkilən liman mütəxəssisləri təzə baş direktor Taleh Ziyadovun barəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadəyə ünvanlı şikayətlərini bizə təqdim etdilər:
«Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC-nin Əsas yük Terminalının işçiləri (doker-mexanizatorlar) tərəfindən 
Şikayət
Möhtərəm cənab Prezident!

Yazaraq bildirmək istəyirik ki, biz uzun illərdir adı çəkilən limanda işləyirik. İşgüzar kollektivimiz həmişə Sizin daxili və xarici siyasətinizi bəyənmiş və müdafiə etmişdir. Biz dövlətçiliyimizin əbədi və sarsılmaz olması üçün bir vətəndaş olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmişik. Lakin son bir ildə normal əmək şəraitində çalışmamıza maneçilik törədilir. 2014-cü ilin noyabr ayında Taleh Ziyadovun limana rəhbər təyin olunması ilə qara günümüz başladı. Təzə baş direktorun komandası fəaliyyətə başladıqları gündən liman kollektivi ilə qeyri – normal rəftar etməyə başladılar. 80-dən çox işçi heyəti olan Əsas Yük Terminalında indi 61 nəfər qalıb. Onlar uzun illərin təcrübəli mütəxəssislərdən ibarət kollektivi müdafiəsiz qoymaq məqsədi ilə ilk növbədə Liman Həmkarlar İttifaqı Komitəsini ləğv etdilər. Sonra bəzi şöbələri tamamilə ləğv etdilər və qalan şöbələrin əksəriyyətində ixtisarlar edərək işçilərin sayını azaltdılar. Maliyyə çatışmazlığını bəhanə gətirərək kollektiv müqavilədə nəzərdə tutulmuş, müntəzəm olaraq hər il aldığımız uzunmüddətli əməyə görə mükafatı, ilin yekunlarına görə mükafatı (13-cü əmək haqqını), əmək şəraitinin zərərli və ağır olması ilə bağlı verilən əlavə məzuniyyət günlərini ləğv etdilər. Bizim (Dekor-mexanizatorların) əmək haqqımızı günbəgün azaltdırlar. Növbə ərzində 11 saat işləməyimizə baxmayaraq yalnız 6 saat üçün pul ödəyirlər. Baş direktor indi də Limanın aparıcı qüvvəsi olan, yükaşırma işlərini yerinə yetirən dekor-mexanizatorları (ixtisarlardan sonra qalan 61 nəfəri) tamamilə işdən azad etmək qərarına gəlibdir. Deyirlər ki, yükaşırma işlərini hansısa şirkətin işçiləri yerinə yetirəcəklər. Bu, 61 ailəni ölkə Konstitusiyasında Dövlət tərəfindən vəd olunan layiqli həyat səviyyəsindən məhrum etmək deməkdir. Onlar (rəhbərlikdə çalışanlar) maliyyə çatışmazlığı və qənaətdən danışdıqları halda, çoxlu təzə ştatlar açıb özlərinin xeyli sayda dost-tanışlarını, qohumlarını yüksək maaşla işə götürmüşlər və hər biri üçün dəbdəbəli kabinetlər (iş otaqları) düzəltməklə məşğuldurlar. Dəfələrlə müraciət etməyimizə baxmayaraq onlar bizimlə görüşməkdən, bu məsələlərə aydınlıq gətirməkdən boyun qaçırır, bizi görmək belə istəmirlər. 
Möhtərəm cənab Prezident!
Biz Sizin humanist daxili siyasətinizə, xalqın rifahının daim yüksəldilməsi, yeni iş yerlərinin yaradılması, əmək qabiliyyətli insanların işlə təmin olunması haqda çıxışlarınıza, tövsiyə və göstərişlərinizə arxalanaraq, Azərbaycan Respublikasının Konstitusiyasının bizə verdiyi hüquqlara əsaslanaraq böyük ümidlərlə Sizə müraciət edir, Sizdən kömək gözləyirik. 
Baş direktor Taleh Ziyadov ilk gündən bəyan etdi ki, məni bura Prezident göndərib, hər şey yaxşı olacaq. Amma sonradan gördük ki, onun hərəkəti heç bir ölçüyə sığmır. Etikadan kənar məsələlər olduğundan bir sıra məsələləri dilə gətirmək istəmirik. Əgər belə davam edərsə, biz hər şeyi açıb danışmağa məcbur olacağıq. Amma inanırıq ki, bu özbaşınalığa son qoyulacaq.
Hörmətli redaksiya! Xahiş edirik, əməkdaşınızı Limana göndərin və başımıza gətirilən müsibətləri öz gözlərinizlə görün. 
Dərin hörmətlə: B.Quliyev, F.Kərimov, S.Abbasov, S.Nəcəfov, K.Sadıqov, M.Rəhimov, M.Nəsənov, Ə.Ağayev və başqaları( cəmi 55 imza).
 
 
«Bakı Beynəlxalq Dəniz Ticarət Limanı»nda nə baş verir?-YENİLƏNİR
«Bakı Beynəlxalq Dəniz Ticarət Limanı»nda nə baş verir?-YENİLƏNİR


Вернуться назад