Главная > Aktual > Bu bayraq azərbaycanlıların şəhərindən yığışdırılacaq

Bu bayraq azərbaycanlıların şəhərindən yığışdırılacaq


17-08-2017, 20:16.

İraq Federal Məhkəməsi Kərkük şəhərində hökumət və inzibati binalara kürd bayrağının asılmasının konstitusiyaya zidd olduğunu bildirərək Kərkük bələdiyyə məclisinin qərarını ləğv edib.

Axar.az xəbər verir ki, sədr Rebivar Talabaninin 30 mart 2017-ci ildə bununla bağlı qəbul etdiyi qərar əsassız sayılıb.

Qeyd edək ki, mart ayında türkman və ərəblərin etirazlarına baxmayaraq Kərkükdə hökumət və inzibati binalardan kürd bayrağının asılması ilə bağlı qərar qəbul edilmişdi.

 


Вернуться назад