Главная > Mövqe > Rusiyadan İspaniyaya təklif: "Lazımi dəstəyi göstərə bilərik"

Rusiyadan İspaniyaya təklif: "Lazımi dəstəyi göstərə bilərik"


17-08-2017, 23:45.

İspaniya hökumətinin müraciət edəcəyi təqdirdə Rusiya Barselonada baş verən terror hücumunun araşdırılması ilə bağlı lazımi yardım və dəstəyi göstərə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının üzvü Leonid Slutski jurnalistlərə açıqlamasında deyib.

"Rusiyanın beynəlxalq terrorizmlə mübarizədə koalisiyanın yaradılması ilə bağlı təklifi hələ də keçərlidir. Təəssüf ki, hadisələrin gedişatı bu təklifin hələ də gündəmdə olduğunu göstərir. İspaniyanın aidiyatı qurumları məsələ ilə bağlı müraciət ünvanlasalar, Rusiya lazımi dəstəyi göstərə bilər”, - deyə deputat bildirib.

Qeyd edək ki, baş verən terror hücumunda 13 nəfər həlak olub.

 


Вернуться назад