Главная > İdman > Matçın ən yaxşı futbolçusu Mahir Mədətov oldu

Matçın ən yaxşı futbolçusu Mahir Mədətov oldu


15-08-2017, 23:33.

"Qarabağ"la Danimarka "Kopenhagen"i arasında keçirilmiş Çempionlar Liqasının ilk "pley-off" matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Report-un məlumatına görə, bu, meydan sahiblərinin hücumçusu Mahir Mədətovdur.

Mədətov 25-ci dəqiqədə vurulmuş yeganə qolun müəllifi olub. Görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.

 


Вернуться назад