Главная > Aktual > Yəməndə vəbaya yoluxanların sayı 503 min nəfəri ötüb

Yəməndə vəbaya yoluxanların sayı 503 min nəfəri ötüb


15-08-2017, 08:26.

Yəməndə vəbaya yoluxanların sayı 500 min nəfəri ötüb.

 

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, xəstəliyin epidemiyasının qeydə alındığı 4 ay ərzində, avqustun 13-ə qədər vəbaya yoluxmaqda şübhəli bilinənlərin sayı 503484 nəfərə çatıb. Onlardan 1975 nəfəri xəstəlikdən ölüb.

 

Bildirilir ki, bir sıra ərazilərdə xəstəliyin yayılması əhəmiyyətli dərəcədə azalıb. Lakin hər gün 5 min nəfərə qədər insan bu virusa yoluxur.

 


Вернуться назад