Главная > Kriminal > Bakıda kafedə kütləvi dava: ölən və yaralananlar var
Bakıda kafedə kütləvi dava: ölən və yaralananlar var15-08-2017, 10:07. |
Bakıda qətl törədilib. APA-nın məlumatına görə, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb. Daha iki nəfər - Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həyata keçirilən tədbirlər nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Amal Mahir oğlu Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb. Hazırda hadisəni digər iştirakçılarının olub-olmaması araşdırılır. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Вернуться назад |