Главная > Ölkə / Region > AXCP Neftçala şöbəsinin sədri Polisdə dindirilməsindən danışdı-ÖZƏL

AXCP Neftçala şöbəsinin sədri Polisdə dindirilməsindən danışdı-ÖZƏL


15-01-2016, 16:25.
eflatun
 
Son günlər ölkədə qiymət artımı ilə bağlı Siyəzən,Ağcəbədi,Ağsu,Cəlilabad,Sumqayıt,Füzuli,rayonlarında etiraz aksiyalarının şahidi olduq.Baş verən verən olaylardan sonra bu rayonlarda AXCP,Müsavat fəallarının Polis bölmələrinə aparılması,onlara 30 sutkalıq həbs verilməsi ilə bağlı məlumat vermişik.Eləcə də digər rayon fəallarıda Polis şöbələrinə dəvət olunur.Bu gün səhər saatlarında AXCP Neftçala şöbəsinin sədri Əflatun Əhmədzadə rayon Polis şöbəsinə çağırılıb.

Əflatun Əhmədzadə bu barədə ULUYOL.İNFO xəbər portalına danışdı:

"Rayon Polis şöbəsindən bölməyə getməyim istənildi.Məndə etiraz etmədim.Rəis bildirdiki,Neftçala rayonuna yeni rəis təyin olunmuşam.Bu səbəbdən rayonda ictimai-siyasi fəaliyyətlə məşğul olan insanları yaxından tanımaq istəyirəm.Rayonda cərəyan edən prosesləri sorğu-sual etdi.Bildirdiki,biz burda qanunların tələbənə uyğun hərəkət edirk.Sizdən də xahişim və tələbim ondan ibarətdir ki,fəailyyətlərinizi qanun çərçivəsində qurun.Məndə öz növbəmdə bildirdim ki,AXCP olaraq həmişə qanunlara hörmətlə yanaşmışıq,elə apardığımız mübarizə də qanunlarımız aliliyi,bərpa olunması istiqamətindədir.Bundan sonra da fəaliyyətimiz qanunlar çərçivəsində olacaq"

Xatıqladaq ki,ötən həftə (8 yanvar) 500-ə yaxın balıqçı Neftçala -Salyan magistral yolun bağlamışdı.Aksiyaçıların tələbi isə balıq ovunda yaradılan süni əngəllərin aradan qaldırılması idi.
 
 
ULUYOL.İNFO
Saday FƏRƏCOV

Вернуться назад