Главная > Araşdırma > Avropada hər il 150 min nəfər iqlim dəyişikliyinə görə öləcək

Avropada hər il 150 min nəfər iqlim dəyişikliyinə görə öləcək


13-08-2017, 01:34.

Gələn əsrdə hər il orta hesabla 150 min avropalının ölümünə səbəb olacaq problem açıqlanıb.

Cebhe.info xəbər verir ki, Avropa Komissiyası apardığı araşdırma nəticəsində gələcək yüz ildə 150 min avropalının iqlim dəyişikliyi səbəbindən öləcəyini bildirib. Xüsusilə Avropanın cənubunda isti hava şəraitinin yaratdığı iqlim dəyişkliyi ölümlərə yol açacaq.

Araşdırma nəticəsinə görə, atmosferdəki karbon qazı emissiyası səbəbi ilə ortaya çıxan isti hava nəticəsində 2100-cü ildən sonra hər il 150 min nəfər dünyasını dəyişəcək.

Ölümlərin çoxu isti hava səbəbiylə olacaq. Həmçinin sel və fırtınalar da minlərlə insanın həyatına son qoyacaq. İqlim dəyişikliyi nəticəsində 1981-2100-cü illərdə 30 min nəfər ölüb. 2071-2100-cü illərdə isə bu rəqəm 50 dəfə artacaq. Əsrin sonunda isə Avropa əhalisinin üçdə ikisi, yəni 351 milyonu fəlakətlərdən təsirlənəcək.

 


Вернуться назад