Главная > Siyasət > Argentina hökuməti prezident Nikolas Maduronu ordenindən məhrum edib

Argentina hökuməti prezident Nikolas Maduronu ordenindən məhrum edib


12-08-2017, 19:07.

Argentina hökuməti Venesuela prezidenti Nikolas Maduronu respublikanın ali dövlət mükafatı - "Xilaskar San-Martin” ordenindən məhrum etmək barədə qərar qəbul edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, müvafiq fərman Argentina Respublikasının rəsmi bülletenində dərc edilib.

Sənədə əsasən respublika hökuməti "Xilaskar San-Martin” ordeninin şərəfinə uyğun gəlməyən fəaliyyətinə görə Bolivar Respublikasının prezidenti Nikolas Maduronu ondan istifadə hüququndan məhrum edib.

Argentina hökuməti Maduronu əsasən etirazları boğmaq və müxalifətçiləri həbs etmək üçün hərbi resurslardan və məhkəmələrdən əsassız istifadə etməkdə günahlandırır.

Qeyd edək ki, bu orden Argentinanın milli qəhrəmanı general Xose de San-Martinin şərəfinə 1943-cü ildə təsis olunub.

 


Вернуться назад