Главная > Ümumi > Azərbaycanda 38 saxta diplom aşkarlandı
Azərbaycanda 38 saxta diplom aşkarlandı15-01-2016, 13:47. |
Ötən il Azərbaycanda 38 saxta diplom aşkarlanaraq, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu istiqamətdə həmin qurumla birgə müvafiq tədbirlər davam etdirilir. Məlumata görə, 2011-ci ildə başlayan tibb işçilərinin sertifikasiyası ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən səhiyyə müəssisələrində çalışan tibb işçilərinin təhsil haqqında diplomlarının araşdırılması nəticəsində ümumilikdə 142 saxta diplom aşkarlanıb. Вернуться назад |