Главная > Dünya > Rusiya XİN rəsmisi:" Azərbaycanla Ermənistanı danışıqları aktivləşdirməyə çağırırıq"

Rusiya XİN rəsmisi:" Azərbaycanla Ermənistanı danışıqları aktivləşdirməyə çağırırıq"


15-01-2016, 01:09.
Rusiya XİN Azərbaycanla Ermənistanı danışıqları aktivləşdirməyə çağırır
 
"2015-ci ildə Dağlıq Qarabağda dinc sakinlər arasında çoxlu sayda ölüm və yaralanma halları ilə nəticələnən silahlı insidentlərin çoxalmasının şahidi olduq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 
 
"Vəziyyət ciddi narahatlıq doğurur. Prosesin sürətləndirilməsinin vacibliyindən çıxış edərək atəşkəs rejiminin bərqərar olması üçün tərəfləri danışıqları aktivləşdirməyə çağırırıq", - deyə o vurğulayıb. 

Вернуться назад