Главная > Siyasət > Tramp Rusiyaya qarşı sanksiyaları təsdiqləməyib

Tramp Rusiyaya qarşı sanksiyaları təsdiqləməyib


1-08-2017, 17:17.

Rusiyanın "İnterfaks” agentliyi ABŞ prezidenti Donald Tramp tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların təsdiq edilməsi ilə bağlı xəbərini ləğv edib.

Virtualaz.org bildirir ki, daha öncə agentlik ABŞ vitse-prezidenti Mayk Pensə istinadla bildirmişdi ki, Tramp artıq sanksiyaları təsdiqləyib.

"Prezident Tramp çox tezliklə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə qanun layihəsini imzalayacaq”, - agentlik Pensin sözlərindən sitat gətirir.

Qeyd olunur ki, xəbərin təhrif olunmuş formada verilməsinə səbəb ingilis dilindən gürcü dilinə sinxron tərcümənin yanlışlığı olub.

 


Вернуться назад