Главная > Siyasət > Qırğızıstanda 59 nəfər prezidentliyə namizədliyini irəli sürüb

Qırğızıstanda 59 nəfər prezidentliyə namizədliyini irəli sürüb


1-08-2017, 15:41.

Qırğız Respublikasının prezidentliyinə namizəd olmaq üçün 59 nəfər Mərkəzi Seçki Komissiyasına (MSK) sənəd təqdim edib.

"Report” "Kabar”a istinadən xəbər verir ki, bu barədə MSK məlumat yayıb.

Avqustun 1-də prezidentliyə namizəd olmaq üçün sənədlərin təqdimatı başa çatıb. Fərdi olaraq 48 nəfər namizədliyini irəli sürüb. 10 nəfərin namizdəliyi isə siyasi partiyalar tərəfindən irəli sürülüb. İndiki prezident Almazbek Atambayev də prezidentliyə namizəd olacaq.

Prezidentliyə namizəd olmaq istəyənlər 30 min seçicinin imzasını toplamalı, bir milyon som (14 min 463 min manat) pul köçürməli, dövlət dilindən imtahan verməlidirlər.

Qeyd edək ki, 2017-ci il oktyabrın 15-də ölkədə prezident seçkisi keçiriləcək.

 


Вернуться назад