Главная > İdman > "Traktor Sazi" mövsümə məğlubiyyətlə başladı

"Traktor Sazi" mövsümə məğlubiyyətlə başladı


28-07-2017, 21:12.

İran çempionatında yeni mövsümə start verilib.

Qol.az-ın məlumatına görə, Cənubi Azərbaycanı təmsil edən "Traktor Sazi" də yeni mövsümdə ilk matçına çıxıb.

Təbriz klubu səfərdə "Naft Tehran"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Təbrizin digər təmsilçisi "Göstəriş" isə açılış turunda "Pars Jonoubi" ilə qarşılaşacaq.

 


Вернуться назад