Главная > Problem > Tədris hissə müdirinin arxasında kim dayanır?

Tədris hissə müdirinin arxasında kim dayanır?


14-01-2016, 20:22.

Redaksiyamıza bir qrup müəllim şikayyət məktubu ilə müraciət edib, bildiriblər ki, Xətai rayonu 30 saylı UMM-nin tədris hissə mudiri Bətulə Məmmədova məktəbi istədiyi kimi idarə edir və onda arxayınçılıq var ki,olunacaq şikayətlər əbəs yerədir.

"Mən heç kimdən qorxmuram.Nə yazıramsa altından qol çəkib, "peçat" vururam. Sözümün də ağasıyam. Eləyirəmsə, deməli arxamda dayanan var" söyləyir.

 Məktəbdə özbaşınalıq baş alıb gedir. Müəllimlər bildiriblər ki, dövlət qurumları isə olanlara göz yumur və onların şikayyətlərinə baxmırlar. Görəsən adi məktəb məmurunun bu arxayınçılığının səbəbkarı kimdir? Redaksiya olaraq bildiririk ki, bu məsələni araşdırmağa çalısacayıq.

Əks tərəfin münasibətini dinləməyə hazırıq. 



Вернуться назад