Главная > Araşdırma > İntihara meyilli insanları öncədən aşkarlamaq mümkündür – Bu üsulla

İntihara meyilli insanları öncədən aşkarlamaq mümkündür – Bu üsulla


26-07-2017, 22:34.

Son aylarda sosial şəbəkələrdə, xəbər saytlarında demək olar ki, hər gün intihar xəbərləri eşidirik. Həm də gün içində bir yox bir neçə dəfə. Dünən isə bir ananın əsəb içində özünü və iki azyaşlı balasını qatarların altına ataraq intihar etməsi xəbəri hər kəsi sarsıtdı.

Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu Denis Rzayev bildirib ki, Cəmiyyəti düşündürən suallardan biri də budur? Nədən intihar edilir. İnsan nədən özünün və əzizlərinin canına qıya bilər? Dünənə qədər problemsiz olduğunu düşündüyümüz bir insan özünü ölümə atırsa bunun səbəbi nədir və qarşısını almaq olarmı? Bu suallara psixoloq cavabını təqdim edirik.

İntihar – dərin şəxsi və sosial problemlərin nəticəsidir. Fundamental elm bizə intihar ilə bağlı bioloji markerlər tapmağa imkan verməsinə baxmayaraq, "Computer Science” bizə imkan verir ki, intihar-düşüncə markerləri üzə çıxardaq və araşdıraq.

Bu prospekektiv, multimodal, multicentral,qarışıq demoqrafik tədqiqatda "machine learning” üsulu intihar-düşüncə markerlərin iki tipini öyrənmək üçün istifadə edilmişdir : verbal və qeri verbal . Kiminsədə intiharını öncədən müəyən etmək mümkün deyil amma, intihar risk faktorlarınin təsnifatını əldə etmək üçün həkimlərin peşəkarlığı,standart klinik vasitələrdən istifadə etməklə klasifikasiyani mümkun edir.

Burda müəlliflər linqvistik və akustik metodlarin əsasinsında yeni yanaşma sayəsində psixi tərəfdən intahara meyilli şəxslərin aşkar etməyin yollarini göstərir. Bu analiz iki tip: linqvistik və akustik araşdirmalara əsaslanir.

Bu funksiyalarin araşdirilib, aşkarlanmasi pasientlərlə birbaşa müsahibələrin zamani qeydlərin aparılması və ya transkripsiyasi zamanı aşkar edilir. Hətta müəyyən sözlərdən, özündə bəzi akustik məna daşiyan söz birləşmələrindən ibarət lüğət təşkil edilmişdir.

Araşdırmalar 371 nəfər üzərində tamamladı.Ümumiyyətlə bu metodun öyrənilməsi göstərdi ki, "Machine learning” təlimi alqoritmləri sayəsində intahara meyilli şəxsləri aşkarlamaq mümkundür. Həmçinin akustik xüsusiyyətlərdən istifadəsi psixiatrik xəstələr arasinda potensial suisident qrup müəyyən edilməsi üçün ən faydalı metodun olduğunu qeyd etmək lazımdır./Bizimyol.info/

 


Вернуться назад