Главная > Problem > Beyləqanda Zeynalovlar ailəsi prezidentdən imdad diləyir

Beyləqanda Zeynalovlar ailəsi prezidentdən imdad diləyir


22-07-2017, 20:25.

"Biz Zeynalovlar ailəsi Beyləqan rayon prokuroru Azər Osmanovun və polis rəisi Fizuli Şıxaliyevin bizim ailəyə qarşı sifarişli terrorundan təngə gələrək rayonu tərk edib Bakı şəhərinə qaçmaq məcburiyyətində qalmşıq”.

RealMedia.az xəbər verir ki, yerli hüquq mühafizə orqanlarının qanunsuz əməllərindən narazı olan Zeynalovlar ailəsi ölka başçısına və aidiyyəti üzrə orqanlara etdiyi müraciətdə belə yazırlar.

Belə ki, Zeynalovlar bildirirlər ki, keçmiş baş həkim, bu gün ki, milyonçu Quliyev Zöhrab Həsənqulu oğlunun, ƏƏSMN-də hüquqşunas vəzifəsində çalışan Quliyev Cavid Zöhrab oğlunun və həmin nazirliyin yüksək çinli məmuru Quliyev Şahin Ənvər oğlunun, Beyləqan rayon bələdiyyəsinin sədri Quliyev Novruz Həsənqulu oğlunun sifarişi əsasında milyonlarla manatın təsiri altında prokuror Azər Osmanov məni və üç azyaşlı körpənin atası qardaşım Zeynallı Fərid Ədalət oğlunu əsassız yerə həbs edir.

Beyləqan rayon Polis şöbəsinin rəisinin bu işlərə seyriçi qalması onunda milyonlarla manat qarşısında ədaləti müdafiə edə bilməməsinə səbəb olmuşdur.

Zeynalovlar ailəsi bildirirlər ki, ümumiyyətlə, rayonuumuzda yaşamaq qorxuludur! Evlərində basqın edilərək öldürülən insanların, kütləvi oğurluqların, adam ölümlərinin üstünü açmalı olan aidiyyəti hüquq mühafizə orqanları şantajçılıqla məşğuldurlar!

Odur ki, ölkə başçısından xahiş edirik biz Zeynalovlar ailəsini şəxsən qəbul etsin.

Zeynalov Anar Ədalət oğlu

Zeynalov Ədalət Xandəmir oğlu

Zeynallı Fərid Ədalət oğlu

 


Вернуться назад